Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:14

Əhalidə ədalətli seçkilərə inamsızlıq nədən irəli gəlir?


Səs: Real audio
Ancaq bu, abonentlərin qazla təminatında heç bir problem yaratmayacaq Azərbaycanlılar ölkədəki indiki şəraitdən qismən razıdırlar. Hərçənd, əhali arasında yaşayış şəraiti haqqında dərin narahatlıq var. Gələcəyə ümid isə bu narazılıq hisslərini üstələyir.



Bu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Beynəlxalq Respublikaçılar İnstitutu və İctimai Rəy Strategiyaları adlanan qurumun iyunda Azərbaycan üzrə keçirdiyi sorğunun əsas nəticələridir.



Sorğunun girişində əsas nəticələr kimi qeyd edilir ki, azərbaycanlılar ölkədə "status-kvo" şəraitindən qismən razıdırlar. Bu, iqtisadiyyat və yaşayış şəraiti barədə dərin narahatlıqla təzad yaratsa da, onlar öz hisslərində cari narahatlığa deyil, gələcəyə bəslənən ümidə arxalanırlar. Xüsusilə də azərbaycanlıların çoxu Bakı-Tblisi-Ceyhan kəmərinin onların yaşayış şəraitini yaxşılaşdıracağına inanır.



«Media-Forum» İnternet saytının şərhçisi Elcan Məmmədov deyir ki, bu sorğunun nəticələrinə nisbi yanaşır. Sorğu seçkilər ərəfəsində götürülsə də, qarşıdakı aylarda çox şey dəyişə bilər.



Onun sözlərinə görə, əhalinin "status-kvo" şəraitindən razı olub-olmamasını da seçkilərə bir neçə ay qalmış dəqiq müəyyən etmək olar.



Elcan Məmmədov «xarici siyasət haqqında düşünərkən sizcə, Azərbaycan kiminlə daha yaxın müttəfiq olmalıdır» sualının üzərində dayanır. O, respondentlərin az fərqlə də olsa ABŞ və Avropa ilə müttəfiqlikdənsə Rusiya ilə müttəfiqliyə üstünlük vermələrini bir neçə səbəblə izah edir. Onun sözlərinə görə, ilk növbədə nəzərə almaq lazımdır ki, Rusiyapərəst respondentlərin əksəriyyəti yaşlılar və ali təhsili olmayan insanlardır. Üstəlik, paytaxt sakinlərinə nisbətən əyalətlərdə yaşayanlar, xüsusilə də cənub bölgəsi Rusiya ilə müttəfiqliyə daha çox üstünlük verir:



"Cənub bölgəsində gənclərin çoxu Rusiyaya gedib. Əhalinin dolanışığında Rusiyadan göndərilən vəsaitlər mühüm rol oynayır. Bir də Rusiya cənub bölgəsinin insanlarından ötrü doğmalaşıb. Çünki, orada öz doğmaları yaşayır".



«Gündəlik Azərbaycan» qəzetinin redaktoru Şahvələd Çobanoğlu isə təəssüflə respondentlərin məhkəmə-hüquq islahatlarına və o cümlədən, ədalətli seçkilərə inamsız yanaşmalarını qeyd edir. Ancaq onun sözlərinə görə, bu heç də o demək deyil ki, əhali ədalətli məhkəmələr, ədalətli seçki istəmir.



Şahvələd Çobanoğlu deyir ki, insanlar problemlərin həllinin azad və ədalətli seçkilərdən asılılığını dərk etsə də, bunun gerçəkləşəcəyinə inanmırlar. Əgər ölkədə azad və ədalətli seçkilər keçirilərsə, onun nə qədər vacib olduğu heç kimdə şübhə doğurmaz.



Ancaq Elcan Məmmədov bu məsələdə başqa bir səbəb də görür. Onun sözlərinə görə, əhali indiki hakimiyyətə hələ ki, alternativ görmür.



«Olaylar» agentliyinin direktoru, bir neçə yerli sorğu mərkəzi ilə əməkdaşlıq edən Yunis Oğuz isə deyir ki, respondentlərdə ədalətli seçkilərə inamsızlıq bütövlükdə siyasi qüvvələrə inamsızlıqdan irəli gəlir:



"Onları demokratiyadan çox iş yerlərinin açılması maraqlandırır. Çünki, nə qədər seçkilərə gediblərsə, seçkinin demokratik və ya anti-demokratik keçirilməsindən aslı olmayaraq vəziyyət dəyişməyib".



Sorğunu keçirən təşkilatlardan Beynəlxalq Respublikaçılar İnstitutu da bu məsələylə bağlı iki versiya üzərində dayanır. Respublikaçılar İnstitutu hesab edir ki, əhalidə ədalətli seçkilərə inamsızlıq bu vaxta qədər olan pozuntulardan irəli gələ bilər. İkinci versiya isə narazı elektoratın bu vaxta qədərki ümidlərinin doğrulmaması ilə bağlıdır.



«Gündəlik Azərbaycan» qəzetinin redaktoru Şahvələd Çobanoğlu isə deyir ki, 1200 nəfər respondent əhalinin fikirlərini tam əks etdirmək üçün kifayət

Günün bütün mövzuları

XS
SM
MD
LG