Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:09

Rusiyadan Azərbaycana verilən qaz yenə dayandırılır


Səs: Real audio
Ancaq bu, abonentlərin qazla təminatında heç bir problem yaratmayacaq İyulun 26-dan 29-a qədər Rusiyadan Azərbaycana verilən təbii qazın nəqli dayandırılacaq. «AzəriQaz» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Nazim Səmədzadənin «Azadlıq» radiosuna verdiyi məlumata görə, Azərbaycana qaz nəql edən «Qazprom» şirkəti ildə bir dəfə qaz kəmərlərində profilaktik tədbirlər həyata keçirir: «Qazın nəqlinin dayandırılması da bununla bağlıdır».



Onun sözlərinə görə, Rusiya şirkəti bu barədə «Azəriqaz» Səhmdar Cəmiyyətini hələ mart ayında xəbərdar edib. «Ancaq bu, abonentlərin qazla təminatında heç bir problem yaratmayacaq» - deyə, N.Səmədzadə vurğulayır.



Rusiya mətbuatının yaydığı məlumata görə, üç gün ərzində təkcə Azərbaycana deyil, həmçinin Dağıstanın şəhər və rayonlarına da verilən qaz dayandırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG