Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:22

ABŞ "Cümə" məscidinin bağlı qalmasından narahatdır


Səs: Real audio
Qlin Devis: «Biz Azərbaycan hökumətini bütün dini qruplara sərbəst fəaliyyət göstərməyə imkan verməyə çağırırıq» «ABŞ-ın Bakıdakı səfirliyi və Dövlət Departamenti "Cümə" dini icması və imamına qarşı məhkəmə prosesini yaxından izləyib. Bu məsələ Departamentin yüksək vəzifəli nümayəndələrinin Azərbaycan rəsmilərilə görüşündə qaldırılıb».



Bunu ABŞ Dövlət Katibinin İnsan Haqları, Demokratiya və Əmək Məsələləri üzrə Köməkçisi, Səfir Qlin Devis «Azadlıq» radiosuna müsahibəsində deyib.



O, rəsmi Vaşinqtonun Azərbaycan hökumətini din azadlığına hörmət etməyə və "Cümə" məscidinə özünə müstəqil imam seçməyə icazə verməyə çağırdığını bildirir.



Amerika rəsmisi məscidin imamı İlqar İbrahimoğlunun polislər tərəfindən bu yaxınlarda saxlanmasından da narahat olduğunu söyləyib: «Baxmayaraq ki, bu, qısamüddətli saxlanma idi, ancaq biz bundan narahatıq. Biz Azərbaycanda din azadlığının məhdudlaşdırılmasından, məscidin hələ də bağlı qalmasından narahatıq».



Cənab Devis əlavə edib ki, ABŞ hadisələrin inkişafının monitorinqin aparmaqda davam edir. «Biz Azərbaycan hökumətini bütün dini qruplara sərbəst fəaliyyət göstərməyə imkan verməyə çağırırıq» - deyə, o vurğulayıb.



Artıq bir ildən çoxdur ki, İçərişəhərdəki "Cümə" məscidi təmir adı ilə bağlanıb. Beynəlxalq qurumların və xarici hökumətlərin tənqidlərinə baxmayaraq, məscid icma üzvlərinə qaytarılmayıb.



İyulun 19-da isə Yasamal rayon Məhkəməsi 2003-cü il prezident seçkisindən sonra həbs edilmiş, "Cümə" məscidinin imamı və insan haqları müdafiəçisi İlqar İbrahimoğlunun üzərindən məhkumluğun götürülməsi ilə bağlı şikayətinə rədd cavabı verib. İ.İbrahimoğlu hakimin qərarına etiraz edib və onu sifarişli adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG