Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:49

ATƏT ölkə mediası ilə bağlı hesabatını iyulun 22-də açıqlayacaq


Səs: Real audio
Amerika Hüquqşünaslar Assosiasiyasının məsləhətçisi Rober Ayzmen: «Azərbaycanda korrupsiya çoxdur» ATƏT-in Azərbaycanda medianın durumuyla bağlı hesabatı iyulun 22-də açıqlanacaq.



Bu barədə «Azadlıq» radiosuna ATƏT-in Bakı Ofisinin nümayəndəsi Ülvi Axundlu məlumat verdi. Onun dediyinə görə, hesabat ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin bu ilin aprelində Bakıya etdiyi qiymətləndirmə səfərinin nəticəsi kimi hazırlanıb.



İyulun 18-dən 20-dək isə ATƏT dövlət strukturlarının mətbuat katibləri və jurnalistlər üçün treninq-seminar təşkil edib. Qurumun Bakı Ofisi bunun media vasitələrinin informasiyaya çıxışını asanlaşdırmaq yönündə müsbət addım olacağına ümid edir.
XS
SM
MD
LG