Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:43

Bakıda Antikorrupsiya Mərkəzi açıldı


Səs: Real audio
Amerika Hüquqşünaslar Assosiasiyasının məsləhətçisi Rober Ayzmen: «Azərbaycanda korrupsiya çoxdur» İyulun 20-də Bakıda Antikorrupsiya Hüquq-Müdafiə Mərkəzinin açılışı oldu. Mərkəzi ABŞ Beynəlxalq İnkişaf Agentliyi maliyyələşdirir. Layihənin icraçıları Amerika Hüquqşünaslar Assosiasiyası və «Şəffaflıq-Azərbaycan» təşkilatıdır.



Mərkəzin məqsədi vətəndaşları korrupsiyaya qarşı mübarizəyə cəlb etməkdir. «Şəffaflıq-Azərbaycan» təşkilatının rəhbəri Rəna Səfərəliyevanın verdiyi məlumata görə, mərkəzin əməkdaşları qaynar xətt vasitəsilə ölkə üzrə korrupsiya faktlarını toplayacaqlar. Əldə olunmuş məlumatlar əsasında dövlət qurumları konkret tədbirlər həyata keçirəcək.



Amerika Hüquqşünaslar Assosiasiyasının korrupsiya üzrə mübarizə sahəsində məsləhətçisi Rober Ayzmen deyir ki, bütün dünyada, o cümlədən Azərbaycanda korrupsiya var: «Qənaətim belədir ki, burda korrupsiya var və çoxdur. Amma bu, Azərbaycanı başqa ölkələrdən fərqli etmir. Nyu-Yorkda da korrupsiya var. İndi Azərbaycanda korrupsiyanın vəziyyəti Nyu-Yorkda 30 və ya 100 il əvvəlki vəziyyətlə müqayisə olunar. Nyu-Yorkun indiki halını Azərbaycana gətirmək üçün əlimizdən gələni edəcəyik».



Milli Məclisin sədr müavini Ziyafət Əsgərov isə hökumətin korrupsiyayla mübarizədə qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərdiyini dedi.



ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş də hesab edir ki, bu mərkəz korrupsiyayala mübarizədə faydalı olacaq. «Əsas məsələ həm vətəndaşların, həm də hökumətin korrupsiyayla mübarizə aparmağa iradəsinin olmasıdır» - deyə, cənab Harniş vurğulayır.



«Şəffaflıq-Azərbaycan» təşkilatından verilən məlumata görə, növbəti belə mərkəz Gəncədə açılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG