Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:09

Avstriya universitetlərindən birində oxumaq imkanı var


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Bakalavrlar və ya magistrlar təhsillərini Avstriya universitetlərindən birində də davam etdirə bilərlər. Bu imkanı Avstriyada təsis olunmuş Azərbaycan Akademik Birliyi yaradır.



Avstriyada oxumaq istəyənlərin ən azı 4 semestr, yəni iki illik universitet təhsili olmalıdır. Attestat, universitetdə oxumağa dair arayış və ya diplom və qiymət cədvəlindən ibarət sənədləri əvvəlcə ədliyyə və xarici işlər nazirliklərinin konsulluq şöbəsində qanuniləşdirmək tələb olunur. Daha sonra sənədləri sentyabrın 1-dək Avstriyadakı səfirlik və Xarici İşlər Nazirliyinə göndərmək lazımdır.



Avstriya universitetlərindən birində bir semestr oxuduqdan sonra tələbə Erasmus/Sokrates proqramları vasitəsilə Avropanın digər bir ölkəsində də iki semestrlik təhsil ala bilər. Həm də heç bir pul ödəmədən. Tələbələrin kompüterə və kitabxanalara olan tələbatı da ödənilir.



Avstriyada təhsil alan azərbaycanlı tələbələrə maaşı 600 avrodan artıq olmayan işdə işləmək imkanı da yaradılır.
XS
SM
MD
LG