Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:21
Rubrikalar

Evdar xanımlar parlamenti necə görmək istərdilər


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Bakı bürosunun bugünkü qonaqları evdar xanımlardır – İradə Əliyeva və Qərənfil Haqverdiyeva.



İndiyədək bizim verilişlərimizdə adətən işsizlər, həkimlər, təqaüdçülər, yaşlılar, cavanlar, müxtəlif təbəqənin təmsilçiləri iştirak ediblər. Və biz ilk dəfədir evdar qadınları dəvət etmişik. İlk baxışda siyasətdən, ictimai hadisələrdən kənarda qalan xanımlar parlamenti necə görmək istəyirlər və ümumiyyətlə, parlament seçkilərində iştirak etmək istəyirlərmi?



Qərənfil Haqverdiyeva: "Səsvermədə mən axırıncı dəfə 5 il bundan qabaq iştirak etmişəm. Onda da bizim namizəd keçmədiyindən ondan sonra mən heç vaxt seçkilərdə iştirak etməmişəm. Görmüşəm ki, haqsızlıqdır: əlimdən pasportu alıblar ki, sən filan kəsə səs verməlisən. O haqsızlığa görə mən ümumiyyətlə, parlament seçkilərində iştirak etmirəm... İndiki parlament məni heç qane etmir... Yuxarıdan nə göstəriş verirlərsə, o da keçir... Mən heç olmasa, ürəyində bir vətən yanğısı olan deputatlar görmək istərdim... Səsverməyə getməyəcəm... Amma sırf rüşvətxorluq, korrupsiyayla mübarizə proqramı ilə iş görə bilən adam gələrsə, mən ona böyük məmnuniyyətlə səs verərəm".



İradə Əliyeva: "İndiyəcən mən seçkilərdə məcburi iştirak etmişəm. Öz iradəmlə kiməsə səs verməmişəm... Bu dəfə heç birinə səs verməyəcəm. Məcburi səs verdik, amma beş il ərzində bir yenilik görmədim. Ancaq ürəyimiz istəyən namizəd olarsa, əlbəttə, səs verərəm".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG