Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:11
Rubrikalar

Neft 80 dollaradək bahalaşa bilər


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» - Azərbaycanda səfərdə olan Gürcüstanın baş naziri Zurab Noqaideli Rustavi Metallurgiya Zavodu ilə Sumqayıtdakı "Azərboru" Səhmdar Cəmiyyəti və Daşkəsən Dağ-Mədən Kombinatı arasında əməkdaşlıq perspektivini müzakirə edib.



Bakıda öz ölkəsinin mallarının sərgisini təqdim edən cənab Noqaideli Azərbaycan şirkətlərinin Gürcüstanın biznes strukturları ilə birgə layihələrdə iştirak edə biləcəyini deyib. "Newsgeorgia" agentlıiyinin məlumatına görə, hazırda Azərbaycanda 55 gürcü şirkəti işləyir, Gürcüstanda isə Azərbaycan kapitallı 82 müəssisə qeydiyyatdan keçib.



- Avropa Birliyinin energetika naziri Andris Piebalqs neftin qiymətinin 80 dollara qalxa biləcəyini proqnozlaşdırır. Nazir neft ixracatçıları təşkilatı – OPEC-in artan tələbatı ödəyə bilməyəcəyini açıqlayıb. Hazırda 1 barrel xam neft təxminən 57 dollardır.



- Yeni tikilən çoxmərtəbəli binaları qazla təmin etmək üçün Bakıda yeni qaz kəməri çəkilir. Bakı Qaz İstehsalat Birliyindən "Turan" agentliyinə verilən məlumata görə, indiyədək tikilən binalar köhnə xəttlərə qoşulurdu. Bu da qaz kəmərində təzyiqi zəiflədir və digər abunəçiləri narazı salırdı. Yeni kəmər Azadlıq prospekti, Nizami və Həsən Əliyev küçələrində çəkilir.



- Avropa Yenidənqurma və İnkişaf Bankı Bakı-Samur yolunun tikintisi üzrə məsləhətçi şirkət axtarır. Bankdan verilən məlumata görə, çəkiləcək yolun uzunluğu 61 kilometrdir. Layihəyə əsasən, seçiləcək məsləhətçi şirkət avqustun sonlarından öz işinə başlamalıdır.



- Milli Bankdan aldığımız məlumata görə, bütün valyutalar ucuzlaşıb: 1 dollar indi 4700 manat, 1 rubl 163 manat, 1 avro isə 5659 manatdır.
XS
SM
MD
LG