Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:27
Rubrikalar

Ötən həftədən “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev danışır


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Həftənin ən vacib hadisəsi ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın səfəridir. Çünki, xanım Olbraytın səfərini hamı gözləyirdi, hamı işıqlandırırdı. Onun burada çox aktiv danışıqları gedib və bu, birbaşa ilin ən mühüm məsələsi – seçkilərlə bağlı idi. Ümumiyyətlə, gələcək seçki prosesi ilə bağlı bir sıra suallar qalıb, hələ açılmayıb. Və onun səfəri məhz bununla bağlıdır.



Novxanadakı vəziyyət, orada vəhibələrin öldürülməsi də vacib hadisələrdəndir. Qəzetlər bu haqda yazıb, bir də ki, nə baş verdiyi bir az müəmmalıdır, o qədər də aydın deyil. Bu, mətbuatın diqqət mərkəzindədir. Və hesab edirəm ki, nə baş verdiyi cəmiyyət üçün də maraqlıdır.



Ötən həftə həm də Dağlıq Qarabağda referendum keçirilməsi məsələsinin gündəmdə olması barədə məlumatlar yayılıb.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG