Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

Azərbaycanda “oyuncaq” hökumət təhlükəsi varmı?


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Bu ay Bakıda iki istiqamətdə tənqid axını oldu. Bir tərəfdən beynəlxalq güclər Azərbaycanın seçki qanunu nə cür qəbul etməsindən, Mərkəzi Seçki Komissiyasını nə cür formalaşdırmasından narazılıq etdilər. Bakı bu tənqidləri bir növ cavabsız qoyub sadəcə “əməkdaşlığı davam etdiririk” tipli bəyanatlar verdi.



O biri tərəfdən təkcə hakimiyyətdə təmsil olunan siyasətçilər yox, müstəqil xətt yürütdüyünü bildirənlər də müxalifəti xarici qüvvələrin maraqlarını güdməkdə, onların əlaltılarına çevrilməkdə günahlandırmağa başladılar.



Məsələnin kökündə nə durur? Doğrudanmı böyük qüvvələrlə əməkdaşlıq etməli olan Azərbaycanda “oyuncaq” hökumət təhlükəsi var? Yoxsa, bu cür ittihamlar sadəcə seçkiqabağı “qara piar”ın bir hissəsidir?



Suallara verilişimizin qonaqları - ekspertlər aydınlıq gətirirlər.



- Bakıdan “Vətən” Tədqiqatlar Mərkəzinin rəhbəri Çingiz Məmmədov



- Vaşinqtondakı Corctaun Universitetində Avrasiya üzrə araşdırmalar aparan Taleh Ziyadov



Çingiz Məmmədov: Dünyada böyük, güclü superdövlətlər, orta miqyaslı dövlətlər və çox kiçik dövlətlər var. Hal-hazırda tam müstəqil dövlət kimi Amerika Birləşmiş Ştatlarını saymaq olar. Çini, inkişaf etmiş güclü dövlətləri də müəyyən mənada suveren saymaq olar. Qalan dövlətlər isə beynəlxalq aləmdə baş verən proseslərə və beynəlxalq aləmdən gələn reaksiyalara fikir verməlidirlər, onları nəzərə almalıdırlar.



Taleh Ziyadov: Hərdən mən Azərbaycanı 1960-cı illərdəki Misir dövlətinə oxşadıram. O vaxt Sovetlərlə Amerika arasında bir qarşıdurma var idi. Və Misir birdən qalxıb dedi ki, mən neytral bir ölkəyəm və öz müstəqil siyasətimi güdəcəm...



Türkiyədə yaxşı bir mütəxəssis var: Ahmet Davutoğlu. O deyir ki, dünyada üç cür dövlət var. Bunlardan birini çaya oxşadır. Çay istədiyi istiqəmətə gedir və onun istiqamətini dəyişdirəcək heç nə çıxa bilməz. Bu, əsasən superdövlətlərdir. İndi, 21-ci əsrdə bu, sözsüz ki, Amerikadır. İkinci cür dövlətlər çayın qabağına çıxan daş, yaxud başqa balaca əngəllərdir ki, çayın istiqamətini az dəyişir. Bura Çini, Rusiyanı, digər Fransa kimi ölkələri əlavə edə bilərik. Üçüncü ölkələrsə bu çayla birlikdə üzən, çayın istiqamətinə heç cür təsir etməyən balaca dövlətlərdir. Azərbaycan üçüncü cür dövlətlərdəndir. Ancaq eyni zamanda Azərbaycan müstəqil bir siyasət yürütmək istəyir. Sözsüz ki, bu, çətin bir şeydir... Biz siyasətimizi elə qurmalıyıq ki, müstəqil də olsaq, böyük dövlətlərin maraqlarına ya da siyasətlərinə ziddiyyətdə olmayaq.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG