Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:14

Azərbaycan Gürcüstana qaz nəql edəcək


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» Gürcüstan Azərbaycana olan 32 milyon kilovat saatlıq enerji borcunu enerji şəklində də qaytaracaq. Bu barədə razılıq iyulun 18-də Gürcüstan və Azərbaycan hökumət nümayəndələrinin Gəncədə keçirilən ikinci içlasında əldə olunub və bağlanmış prtokolda öz əksini tapıb. «Azərenerji» Səhmdar Cəmiyyətinin rəhbəri Etibar Pirverdiyevin sözlərinə görə, gürcü həmkarları borcu bir neçə aya qaytaracaqlar. Cənab Pirverdiyev deyir ki, hər iki ölkə arasında enerji mübadiləsi nəzərdə tutulur və artıq bu məqsədlə işçi heyəti yaradılıb.



Gürcüstanın Azərbaycana 17 milyon dollar məbləğində olan borcunun ödənilməsi isə hələ ki, öz həllini tapmayıb. Gürcüstanın İqtisadi İnkişaf naziri İrakli Çukavadzenin sözlərinə görə, bu məsələ hər iki ölkənin Maliyyə nazirliklərinin gündəmindədir. Azərbaycan tərəfi borcun əvəzinə «Batumi» və «Poti» limanlarının özəlləşdirilməsində iştirak etməyi təklif edir. Cənab Çukavadze isə hesab edir ki, borcu pul şəklində ödəmək lazımdır. O, rəsmi Bakının limanların investisiya proqramına qatıla biləcəyini də deyir. Bu barədə razılıq hökumətlərarası komissiyanın iclasında əldə olunub.



Baş nazirin müavini Abbas Abbasov isə deyir ki, Azərbaycanın Gürcüstana qaz nəql etməsi də müzakirə obyektidi: «İlkin razılaşmada bunun 250-300 milyon kub. metr təşkil etməsi nəzərdə tutulur».



Cürcüstanda yaşayan azərbaycanlıların torpaq islahatında iştirakı da bu komissiyanın iclasında müzakirə edilib. Azərbaycanın Gürcüstandakı səfiri Ramiz Həsənovun dediyinə görə, azərbaycanlıların sıx yaşadığı ərazilərdə torpaq islahatı problem olaraq qalır.



Gürcüstanın baş naziri Zurab Noqaideli isə hökumətlərarası komissiyanın iclasını məhsuldar sayır. Hesab edir ki, bağlanmış protokolda hər iki ölkənin mənafeyinə xidmət edən müddəalar öz əksini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG