Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:44

Araz Əzimov: «Ermənistan yaranmış şansdan istifadə etməlidir»<p align=`left`><br><br>


Səs: Real audio
«Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər» «Dağlıq Qarabağ (DQ) münaqişəsinin tənzimlənməsi üçün indiyə qədər belə şans yaranmayıb. Ermənistan tərəfi bundan istifadə etməlidir».



Bunu Azərbaycan Xarici İşlər nazirinin (XİN) müavini Araz Əzimov iyulun 18-də keçirdiyi mətbuat konfransında bildirdi. Onun sözlərinə görə, ermənilər kasıb və riskli bir mühitdə yaşayırlar: «Buna görə də onlar yaranmış situasiyadan istifadə etməlidirlər. Mən bunu kiminsə ürəyini almaq naminə demirəm. Əks təqdirdə, Azərbaycan indiki mövqeyində dayanmaya bilər».



O, avqustun 23-də iki ölkə Xarici İşlər nazirlərinin Moskvada görüşəcəyini söylədi. «Prezidentlər isə həmin ayın 26-da Kazanda bir araya gələcəklər» - deyən Əzimov bu görüşdə hansısa sazişin bağlanmasından danışmağın hələ tez olduğunu diqqətə çatdırdı.



A. Əzimov hazırda tərəflərin yeddi rayonun qaytarılması məsələsini müzakirə etdiyini, DQ-nın statusunun azərbaycanlı əhalinin iştirakı ilə mümkünlüyünü söylədi.



O, son vaxtlar həm Ermənistan, həm də Azərbaycan mətbuatında münaqişənin referendum yolu ilə həll ediləcəyi barədə yazılanlara da toxundu: «Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq qurumlar tərəfindən tanındığından onun hansısa bir bölgəsində ayrıca referendum keçirilməsi qeyri-mümkündür».



Ağdam-Naxçıvan yolunun bərpası ilə bağlı Azərbaycanın təklifinə gəlincə, XİN rəsmisi bunun tərəflər arasında əməkdaşlığın qurulmasına xidmət edəcəyini bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG