Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:52

ATƏT iqtidarla müxalifəti yenidən görüşdürmək istəyir


Səs: Real audio
Bu, tərəflər öz təşəbbüsləri ilə bir araya gəlməsə reallaşacaq ATƏT-in Bakı Ofisi iqtidar və müxalifət partiyalarını yenidən bir araya gətirmək niyyətindədir. Qurumun əməkdaşı Ülvi Axundlu belə deyir. Onun sözlərinə görə, tərəflərin öz təşəbbüsləri ilə bir araya gələcəklərinə ümid bəsləyirlər: «Amma bu ümid doğrulmasa, avqustun sonu, sentyabrın əvvəlində iqtidar-müxalifət partiyalarını konkret mövzu ətrafında müzakirələr aparmaq üçün bir masa ətrafına yığmağı planlaşdırırıq».



Cənab Axundlu deyir ki, bu dəfə seçki ərəfəsində tərəflərin qara piardan istifadə etməsi və sərbəst toplaşmaq azadlığı ilə bağlı problemlər müzakirə mövzusu ola bilər. «Amma bu, son qərar deyil. Biz müzakirə mövzusunu və görüşün vaxtını dəyişə bilərik. Bu haqda qərar iki həftə sonra dəqiqləşəcək»- deyə, o, vurğulayır.



Növbəti görüşün təşkilatçısı olan Müsavat Partiyası başqanının müavini Vurğun Əyyub isə tərəflərin bu günlərdə qəti qərara gələcəklərinə ümid bəsləyir. O, ATƏT-in təşəbbüsünü və bu yöndə gördüyü işləri yüksək qiymətləndirdiyini də bildirir.



YAP İcra Katibinin müavini Mübariz Qurbanlı isə hakim partiyanın ATƏT-in sərbəst toplaşmaq azadlığı ilə bağlı təşkil edəcəyi tədbirə qatılmağa hazır olduğunu söyləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG