Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:42
Rubrikalar

Barat Şəkinskayanın mədəniyyət izi


Səs: Real audio
Hər üç küçə uşağından biri pornofilmlərə çəkilir Bu “İz”də:



- Azərbaycan mədəniyyətində Barat Şəkinskayanın izini araşdıracaq;



- Anarın yeni səhnə əsərinin izinə düşəcək;



- «Kültür sözlüyü»ndə «barat» sözünün məna yüküylə tanış olacaq;



- «Mentalitet dolması»nı dadacaq;



- Və hər dəfə görkəmli teatrşünas İlham Rəhimlinin açıqlamalarını eşidəcəksiz.



Xəbərlər



1. Türk xalqlarının mədəni irsini qoruyan mərkəz açılacaq. «Ayna» qəzetinin məlumatına görə, gələn ilin sentyabrında Bişkekdə belə bir mərkəzin açılması planlaşdırılıb. İlk mərhələdə «Türksoy» üzvü olan Qırğızıstan, Azərbaycan və Qazaxıstanda türk xalqlarının tarixi-mədəni abidələri haqqında vahid məlumat bankı yaradılacaq. Əsas məqsəd – ortaq türk mədəniyyətinin hələlik bilinməyən özəlliklərini üzə çıxarmaqdır.



2. Görkəmli rus ədəbiyyatşünası Mixail Baxtinin «Dostoyevski poetikasının problemləri» əsəri ilk dəfə Azərbaycan dilində çapdan çıxıb. Bakı Slavyan Universitetinin gerçəkləşdirdiyi bu nəşr «Filoloqun kitabxanası» seriyasından çap edilən ilk kitabdır. Kitabı Azərbaycan dilinə professor Məmməd Qocayev çevirib. Redaksiya heyətinin nəşrə yazdığı önsözdə deyilir ki, «bu gün İnternet əsri planetar miqyaslı mədəniyyəti reallığa çevirib və bu prosesdən kənarda qalmaq dünya tarixinin magistral yolundan çıxıb bir ucu dalana dirənən cığıra keçmək kimi bir şeydir». «Filoloqun kitabxanası» seriyası ümumhumanitar yönlü ən azı 100 əsərin originaldan Azərbaycan dilinə tərcüməsini nəzərdə tutur.



3. Azərbaycan Milli Dram Teatrında İsmayıl Şıxlının «Ölüləri qəbristanlıqda basdırın» əsərinin ilk tamaşası olub. Kommunist ideologiyasının dəyərdağıdıcı və antihumanist mahiyyətini çox sadə və təsirli görüntülərlə açıb-göstərən bu əsər seyrçilərdə dərin maraq doğurub. Mediada olan ilk rəylərə görə, özəlliklə səs, musiqi və işıq elementlərindən ustalıqla yararlanma rejissor Rövşən Almuradlının quruluşuna uzun ömür vəd edir.



4. Rüstəm İbrahimbəyovun ssenarisi məxsusi Sofi Loren üçün yazılıbmış. Azərbaycan kinodramaturqu Rüstəm İbrahimbəyovun 1991-ci ildə yazdığı «Anna» ssenarisi əsasında yeni film çəkilib. Məşhur rus dramurqu Ostrovskinin «Günahsız müqəssirlər» komediyası əsasında hazırlanmış ssenari baş rolda İtaliyanın ünlü aktrisası Sofi Lorenin çəkilməsinə hesablanıbmış. Bu baş tutmasa da, indi – 14 ildən sonra kinorejissor Georgi Daneliyanın gerçəkləşdirdiyi layihədə baş qəhrəmanı başqa bir ulduz – dünyanın adlı-sanlı sopranosu Lyuba Kazarnovskaya oynayacaq.



5. Oljas Süleymenov haqqında film Bakıda da çəkilir. Özünü zarafatla «aviabiletli köçəri» adlandıran məşhur qazax şairi Oljas Süleymenovun Azərbaycan paytaxtında görünməsi media əməkdaşlarının böyük marağına səbəb olmuşdu. Ancaq qeyri-müəyyənlik çox sürmədi. Məlum oldu ki, Rusiyanın NTV kanalı onun haqqında film çəkir və çəkilişlərə 7 dövlətin təmsilçiləri qatılıb. Azərbaycan tərəfini rejissor Ramiz Fətəliyev və kinooperator Nadir Mehdiyev təmsil edir.



6. Görkəmli memar Zivərbəy Əhmədbəyova abidə qoyulacaq. Bir həftə sonra Təzəpir Məscidinin 100 yaşı tamam olur. Bu əzəmətli tikilinin memarı Zivərbəy Əhmədbəyov Bakı və Abşerona yaraşıq verən neçə-neçə abidənin müəllifidir. Bu günlər məlum olub ki, Azərbaycan Arxitektorlar İttifaqı və Bakı İcra Hakimiyyəti məşhur memarın xatirəsinə abidə ucaldacaqlar. Xatırladaq ki, Zivərbəy keçmiş Sovet dönəmində Bakının ilk baş memarı olub.



7. Və bir özəl xəbər. Musiqili Komediya səhnəsində yeni əsər, Anarın “Aldın payını, çağır dayını” tamaşasının premyarası olub.



BARAT ŞƏKİNSKAY
XS
SM
MD
LG