Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33
Rubrikalar

Futbol üzrə ölkə çempionatı avqustun 12-də start götürəcək


Səs: Real audio
Hər üç küçə uşağından biri pornofilmlərə çəkilir - İyulun 18-də boks üzrə Azərbaycan yığma komandası Bakıya qayıdıb. Ötən həftəsonu onlar Moskvada keçirilən boks üzrə Dünya kuboku yarışlarında üçüncü yeri tutub. Boks Federasiyasının baş katibi Tofiq Babanlı:



«Yarışın ən texnikalı boksçusu kimi Emin Məhərrəmov seçilib. Ona 2000 dollar mükafat verilib. Azərbaycan yığması bürünc medal və 20 min dollar mükafat alıb. Keçən il Azərbaycan beşinci yerdəydisə, bu il üçüncü yeri tutmağı böyük uğurdur. ABŞ, Tailand, Rumıniya kimi komandalar Azərbaycan yığmasından sonrakı yerləri tutublar».



- Albaniyanın paytaxtı Tiranada isə yeniyetmələr arasında sərbəst güləş üzrə Avropa birinciliyi sona çatıb. Güləş Federasiyasının baş katibi Mətləb Abdullayevin verdiyi məlumata görə, Azərbaycan güləşçiləri turnirdən 5 medalla qayıdıb.



«Etimad Qurbanov (54 kq) gümüş, Cəbrayıl Həsənov (48 kq), Elçin Həsənov (50 kq), Araz Həşimov (58 kq) və Elçin Babayev (63 kq) isə bürünc medalların sahibi olublar.



Tiranada yunan-Roma güləşçilərinin qitə birinciliyində isə Azərbaycan güləşçiləri bir gümüş və dörd bürünc medal qazanıblar. Komanda hesabında Azərbaycan yığması üçüncü yeri tutub. Yığma komanda avqustun 1-dən 8-dək gənclər arasında Avropa, sentyabrda isə dünya birinciliyində iştirak edəcək».



- AFFA-dan verilən məlumata görə, futbol üzrə Azərbaycan çempionatı avqustun 12-də start götürəcək. 14-cü milli çempionatda 16 komanda mübarizə aparacaq. Yarışlar payız-yaz sistemi üzrə keçiriləcək.



- İyulun 18-da otüstü xokkey üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası Ukraynaya yola düşüb. Məqsəd Avropa çempionatına hazırlıq ərəfəsində bir neçə yoldaşlıq görüşünün keçirilməsidir.



Avropa çempionatı isə sentyabrın 5-də Bakıda start götürəcək. Çempionatda Azərbaycan, Belçika, Belarus, İtaliya, Uels, Litva, Polşa və Rusiya yığmaları iki yarımqrupda mbarizə aparacaq.
XS
SM
MD
LG