Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:57
Rubrikalar

Vergi dərəcələri aşağı salınacaq


Səs: Real audio
Hər üç küçə uşağından biri pornofilmlərə çəkilir - Bakı Dairəvi Yolunun tikintisi 17 milyon dollar bahalaşıb. “İnterfax-Azərbaycan” agentliyinin məlumatına görə, magistral yol əvvəlki kimi 28 milyon yox, 45 milyon dollara başa gələcək. Çünki, 1997-ci ildən sonra çəkilməli olan yolun ilkin hesablamalarından 8 il keçib və bu müddət ərzində tikinti materiallarının qiyməti artıb. Bundan əlavə, Lökbatandan Biləcəriyə qədər uzanan yolun üzərində yeni binalar inşa olunub və kommunikasiya xətləri çəkilib. Bu tikililərin yerinin dəyişdirilməsi üçün isə əlavə vəsait tələb olunur. İkitərəfli, altı zolaqlı Bakı Dairəvi Yolunun uzunluğu təxminən 22 kilometr olacaq.



- Gələn il vergi dərəcələri aşağı salınacaq. Vergilər Nazirliyindən verilən məlumata görə, ilk növbədə gəlir və mənfəət vergiləri azaldılacaq. Bundan əlavə, 2006-cı ildə güzəştlərin də tətbiq olunacağı bildirilir. Vegilərin konkret hansı dərəcəyə endiriləcəyi hələlik bildirilmir.



- İndi də valyuta məzənnələri haqqında. Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4703 manat, 1 avro 5664 manat, 1 rubl isə 164 manatdır.
XS
SM
MD
LG