Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:42

MTN qətlin üstünü açdığını desə də, bunun əksini düşünənlər də var


Səs: Real audio
Hər üç küçə uşağından biri pornofilmlərə çəkilir Elmar Hüseynovun qətlini araşdıran Milli Təhlükəsizlik Nazirliyi istintaqla bağlı ötən həftə iki dəfə məlumat yayıb.



İyulun 11-də yayılmış məlumatda deyilirdi ki, hadisə yerindən tapılmış dəlillər qətlin məhz barələrində axtarış elan edilən şəxslərin iştirakı ilə törədilməsi haqda qənaətin doğruluğunu bir daha təsdiqləyir.



MTN-nin iyunun 14-də yaydığı son məlumatda isə cinayətin faktiki olaraq açıqlığı göstərilir. Ancaq bunun əksini düşünənlər başqa arqumentlər gətirirlər.



Elmar Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova istintaqın gedişilə razı olmadığını deyir. Xanım Hüseynovanın fikrincə, Elmar Hüseynovun qətli ilə bağlı bütün məlumatlar və bu qətldə əli olanların adları yalnız hakimiyyət dəyişəndən sonra açıqlanacaq.



“Ayna-Zerkalo” qəzetlərinin şərhçisi Azər Rəşidoğlu da Elmar Hüseynovun qətli ilə bağlı istintaqın yubanmasını yüksək rütbəli dövlət məmurlarının bu işdə əli olması və seçkiqabağı vəziyyətin gərginləşə biləcəyi ilə izah edir.



Bir müddət bundan əvvəl Sərhədsiz Reportyorlar Təşkilatı Elmar Hüseynovun qətli ilə bağlı apardığı təhqiqatın nəticələrinə dair hesabat yaymışdı. Hesabatda deyilirdi ki, Elmar Hüseynovun qətli onun jurnalist kimi fəaliyyətinə görə sifariş edilib.



Təşkilatın Avropa bölməsinin rəhbəri Paskal Bonnamur “Azadlıq” radiosuna müsahibəsində Elmar Hüseynovun qətlinin hazırda çox təhlükəli olduğunu deyib.



“Hamı Ukraynada Qonqadzenin qətlini xatırlayır. Mən ölkə prezidentinin Hüseynovun qətlini sifariş etdiyini təsəvvür etmirəm. Bu, onun üçün çox təhlükəli ola bilərdi. Prezident bu məsələni tezliklə həll etməlidir, bu onunçün çox mühümdür”.



Paskal Bonnamur prezidentin ətrafında olan şəxslərdən kiminsə Elmar Hüseynovun qətlində maraqlı olması versiyasını da istisna etmir.



Sərhədsiz Reportyorların hesabatında o da vurğulanırdı ki, Elmar Hüseynovun qətlinin üstünün açılması noyabr seçkiləri ərəfəsində Azərbaycan prezidenti üçün bir sınaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG