Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:02

Sellərin gəlişi əvvəlcədən müəyyənləşdiriləcək


Səs: Real audio
Hər üç küçə uşağından biri pornofilmlərə çəkilir Dağ çaylarından sellərin gəlməsi xüsusi metereoloji stansiyaların köməyi ilə əvvəlcədən müəyyənləşdiriləcək. Bu məqsədlə yeni beş avtomatik meteostansiyanın alınması nəzərdə tutulur.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Meteoroloji Təminat şöbəsinin rəisi Fikrət Bayramov layihəni hökumət və Asiya İnkişaf Bankının maliyyələşdirəcəyini deyir. Onun sözlərinə görə, bu məqsədlə ayrılacaq vəsait 30 milyon dollar təşkil edir: «Bunun da təxminən 250 min dolları avtomatik stansiyaların alınmasına sərf olunacaq».



Cənab Bayramov əlavə daha iki meteoroloji stansiyanın da bu yaxınlarda quraşdırılacağını bildirir. Stansiyalardan biri Yevlax hava limanında, digərisə Sahil qəsəbəsində yerləşdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG