Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

Jurnalistin qətlinə köməklikdə təqsirləndirilən şəxsin məhkəməsi başlandı<p align=`left`><br><br>


Səs: Real audio
Hər üç küçə uşağından biri pornofilmlərə çəkilir İyulun 18-də Nizami rayon Məhkəməsində «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən şəxslərə köməklikdə təqsirləndirilən Turqay Bayramovun hazırlıq iclası keçirildi.



T.Bayramov jurnalistin qətlində şübhəli bilinən Teymuraz Əliyevin qohumudur. O, qətl zamanı istifadə olunmuş mobil telefonun qeydiyyat sənədini imzalamaqda ittiham edilir.



T.Bayramovun vəkili Namizəd Səfərov müdafiə etdiyi şəxs haqqında həbs-qəti imkan tədbirinin dəyişdirilməsilə bağlı vəsatət qaldırdı. Hakim Hüseyn Hüseynov vəsatəti təmin etmədi.



Təqsirləndirilən şəxs dedi ki, Teymuraz Əliyev Gürcüstan vətəndaşı olduğundan ondan telefonun qeydiyyat sənədini imzalamağı xahiş edib: «Satıcı dedi ki, burda heç bir şey yoxdur, mən də sənədi imzaladım».



Proses iyulun 22-də davam etdiriləcək.



Turqay Bayramov Elmar Hüseynovun qətlindən sonra həbs olunub. O, Azərbaycan Cinayət Məcəlləsinin 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya satma) maddəsi ilə ittiham olunur. Bu maddə üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Qətldə şübhəli bilinən Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov isə beynəlxalq axtarışdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG