Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:28

Elmar Hüseynovun ad günündə yürüş-mitinq keçirildi


Səs: Real audio
Hər üç küçə uşağından biri pornofilmlərə çəkilir İyulun 17-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı istintaqın gedişinə etiraz olaraq yürüş-mitinq keçirildi.



Mitinq Bakı şəhər İcra Hakimiyyətinin icazə verdiyi kimi metronun “20 Yanvar” stansiyasından başlamadı. Elə birbaşa “Qələbə” meydanında toplaşan mitinqçilər “Elmarın qatilləri tapılsın”, “Qatillərə ölüm, lənət”, “Azad söz” kimi şüarlar səsləndirdilər.



Çıxış edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu 5 ay ərzində aparılan araşdırmaların heç bir nəticə vermədiyini dedi.



Nümayişçilər arasında “Məqam” və “Yeni fikir” gənclər təşkilatlarının üzvləri, Norveç Krallığının səfiri Steynar Gil, Müsavat başqanı İsa Qəmbər və Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli də var idi.



Aksiyanın sonunda Bakı meriyasının müvafiq icazəsi olmadan mitinqçilər “Qələbə” meydanından Elmar Hüseynovun dəfn olunduğu 3-cü Fəxri Xiyabana yürüş etdilər.



Bununla belə, polis heç bir maneçilik törətmədi. Əksinə, polislər yürüş marşrutu boyunca avtomobilləri saxlayır, onların mane olmaması üçün digər yollara yönəldirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG