Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:00

Torpaq sürüşməsində dörd uşaq həlak olub


Səs: Real audio
Hər üç küçə uşağından biri pornofilmlərə çəkilir İyulun 16-da axşam saat 17 radələrində Siyəzən rayonunun Gilgilçay qəzəbəsindəki qayalıqda bədbəxt hadisə baş verib. Torpaq sürüşməsi nəticəsində qayalığın ətəyində qoyun otaran 4 uşaq dünyasını dəyişib.



Bu məlumatı Siyəzən rayon Prokurorluğundan və polis şöbəsindən təsdiqlədilər. Adı çəkilən qurumlardan bildirdilər ki, həlak olmuş uşaqları valideynləri tapıblar. Onlar qayalıqda torpaq uçqununu gördükdən sonra uşaqların torpağın altında qaldıqlarından şübhələniblər. Valideynlərin ehtimalları düz çıxıb.



Hadisə yerinə buldozerlər gətirilib. Sürüşmə zonasından bir neçə maşın torpaq və qum çıxarıldıqdan sonra uşaqların meyitləri aşkarlanıb. Tibbi ekspertiza müəyyən edib ki, onlar boğulma və bədənlərində çox saylı sınıqlar nəticəsində vəfat ediblər. Faktla bağlı Siyəzən rayon Prokurorluğu və polisi təhqiqat aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG