Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:39
Rubrikalar

Cənubi Qafqazda iqtisadi liberallaşma


Səs: Real audio
Hər üç küçə uşağından biri pornofilmlərə çəkilir Sovet tipli sosializm dövrü süquta uğradı. Amma 10 milyonlarca adam hələ də keçmiş, Sovet dövlətinin sosial qarantiyaları üçün dərin həsrət hissi keçirir.



Bəs liberal ideyanın nə vaxtsa Sovet hökumətinin reallaşdırmaq istədiyi prinsiplərlə hansısa simbiozu mümkündürmü? Çində siyasi sistem kommunist qalsa da, bazar iqtisadiyyatı prinsipləri uğurla realizə olunur. Skandinaviya ölkələrində isə sosialyönümlülük sosial birgə yaşayış prinsipinin əsasını təşkil edir.



Qonaqlarımız:



- Bakıdan “Trend” informasiya-analitik mərkəzinin eksperti İbrahim İbrahimov;



- Yerevandan keçmiş statistika naziri, iqtisadi elmlər namizədi Eduard Ağacanov



- Tbilisidən Gürcüstan Sığorta Assosiasiyası idarə heyətinin sədri Devi Xeçinaşvili.



Eduard Ağacanov: “Liberal dəyərlər ən mütərəqqisidir. Biz bazar iqtisadiyyatından danışanda, azad iqtisadiyyatı nəzərdə tuturuq. Amma bir çox liberal iqtisadi qanunlar qəbul olunsa da, post-Sovet məkanı ölkələrində klan iqtisadiyyatları formalaşır. Bu və digər sahələr, strukturların inhisarlaşdırılması gedir. Etiraz [keçmişə nostalgiya hissi] doğuran da budur. Liberal iqtisadiyyat ideyasının özü isə məncə, yeganə doğrusudur”.



İbrahim İbrahimov: “Həminəm ki, belə sistem yaratmaq mümkündür. Amma Yerevandan, Tbilisidən olan həmkarların dediyi kimi, çox təəssüf ki, bizim ölkələrdə liberal iqtisadiyyat yaratmaq mümkün olmadı. Biz bazar iqtisadiyyatını yaratdıq, amma monopoliyayla”.



Devi Xeçinaşvili: “Hazırkı iqtisadiyyat naziri Kaxa Bendukidze iqtisadiyyatda dövlət tənzimlənməsinin azaldılması üzərində iş aparır. Amma paralel olaraq Gürcüstanda söz azadlığının məhdudlaşdırılması prosesi gedir, məhəkəmə sisteminə dəhşətli təzyiq olunur. Ona görə də bu fonda məncə, elə böyük effekt olmayacaq”.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG