Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:58

«Azadlıq» bloku MSK-nı məhkəməyə verə bilər


Səs: Real audio
Hər üç küçə uşağından biri pornofilmlərə çəkilir «Azadlıq» seçki bloku gələn həftə qeydiyyatdan keçirilməsə, Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verə bilər.



Müsavat Partiyası Mətbuat Xidmətinin rəhbəri Mehman Cavadoğlu belə deyir. Onun sözlərinə görə, iyulun 15-də MSK blokun təqdim etdiyi qeydiyyat sənədlərini geri qaytarıb: «Qurum sənədlərin yenidən işlənməsini tövsiyə edir. Guya sənədlərdə xırda texniki qüsurlar aşkar edilib».



Cənab Cavadoğlu bildirir ki, iyulun 16-da «Azadlıq» blokunun səlahiyyətli nümayəndələri göstərilən nöqsanları aradan qaldırıblar. «Bu gün çatdırmasaq, gələn həftənin birinci günü sənədləri yenidən MSK-ya təqdim edəcəyik. Qanuna görə, beş gün ərzində bizə cavab verilməlidir» -deyə, o, vurğulayır.



Müsavat Partiyasının nümayəndəsi deyir ki, bu dəfə də mənfi cavab gələrsə, MSK-nı məhkəməyə verəcəklər.
XS
SM
MD
LG