Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:41

Vladimir Putin: «Azərbaycanla sərhədlər möhkəmləndirilməlidir»


Səs: Real audio
Hər üç küçə uşağından biri pornofilmlərə çəkilir «Həştərxandan Azərbaycanadək bizim sərhədlər ciddi şəkildə möhkəmləndirilməlidir». Bunu iyulun 15-də Dağıstanda güc strukturları rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirən Rusiya prezidenti Vladimir Putin söyləyib.



Dağıstan Dövlət Şurası Mətbuat Xidmətindən «Azadlıq» radiosuna verilən məlumata görə, Kaspiysk şəhərindəki Federal Təhqiqat İdarəsinin Xüsusi Təyinatlı Mərkəzindəki çıxışında da prezident sərhədlərin qorunması və terrorizmlə mübarizəni ön plana çəkib. Dövlət başçısı deyib: «Mütəşəkkil cinayətkarlığı elə məhv etmək lazımdır ki, onun izi də qalmasın».



V.Putin Rusiya-Azərbaycan sərhəddinin Cepel sərhəd zastavasına gələrək sərhədçilərlə görüşüb, zastavanın fəaliyyəti ilə tanış olub. Geri dönərkən o, yolüstü azərbaycanlıların kompakt yaşadığı Dərbəndə baş çəkib. Prezident şəhərin bəzi küçələrini gəzib, yerli sakinlərlə söhbətləşib.
XS
SM
MD
LG