Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:43

«Bakıda uşaq pornoqrafiyası studiyaları fəaliyyət göstərir»


Səs: Real audio
Hər üç küçə uşağından biri pornofilmlərə çəkilir «Bakı-Xəbər» qəzetindəki «Beynəlxalq birliyin əsas tələbi» başlıqlı məqalədə Razi Tağı yazır ki, son zamanlar Azərbaycana səfər edən nüfuzlu dairələrin nümayəndələri əsasən seçki komissiyalarının tərkibinin dəyişdirilməsi məsələsini qabardırlar. Müəllif yazır ki, hökumətin Venesiya Komissiyası və ATƏT-in təkliflərini nəzərə almadan Seçki Məcəlləsinə səthi dəyişiklik etməsini əksəriyyət etirazla qarşılayıb. Son zamanlar ölkəyə təşrif buyuranlar da seçki komissiyalarının ədalətsiz prinsiplə formalaşdırılmasından ciddi narahatçılıqlarını ifadə edirlər. Buna misal olaraq müəllif AŞPA həmməruzəçilərinin «seçki komissiyalarının hazırki tərkibi seçkilərin şəffaflığını şübhə altına alır» fikrini göstərir.



«Yeni Azərbaycan» qəzetindəki «Bakı-Tbilisi-Ceyhan Qərbin milli təhlkəsizlik strategiyasının ayrılmaz komponentidir» başlıqlı məqalədə Azər Mənsimli yazır ki, Azərbaycanın əlverişli geosiyasi mövqeyi, zəngin karbohidrogen ehtiyatlara malik olması nüfuzlu siyasi xadimlərin və ekspertlərin diqqət mərkəzindədir. Bu mənada ABŞ Senatının Enerji və Təbii Ehtiyatlar Komitəsinin sədri, Montana ştatının respublikaçı təmsilçisi Konrad Bernsin son açıqlamaları diqqət çəkir. Xəzər dənizində neft ehtiyatlarının ABŞ-dan qat-qat artıq olduğunu bildirən senator deyib ki, buradakı neft dünya ehtiyatlarının 20-25 faizini təşkil edir. O, rəsmi Vaşinqtonu Xəzəryanı dövlətlərlə, o cümlədən Azərbaycanla yaxından əməkdaşlıq etməyə çağırıb.



«Ayna» qəzetindəki «Paytaxtda uşaq pornoqrafiyası studiyaları fəaliyyət göstərir» başlıqlı məqalədə Aynurə Əhmədova yazır ki, hər üç küçə uşağından biri pornofilmlərə çəkilir. Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının rəhbəri Nabil Seyidov deyir ki, bununla bağlı BMT-yə hesabat təqdim ediblər. Müəllif yazır ki, uşaqlara qarşı cinsi zorakılıq və sui-istifadə, o cümlədən valideynlər tərəfindən döyülmələr ayda üç-beş dəfə baş verir. Məqalədə bildirilir ki, ölkə üzrə məlumatlarda küçədə işləyən və yaşayan uşaqların sayı 800-3000 arasında göstərilir. Həmin uşaqlar seksual istismar riski altındadırlar. Küçədə işləyən hər üç uşaqdan biri seksual zorakılığa məruz qalır.
XS
SM
MD
LG