Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:50

Seçkilər saxtalaşdırılarsa, Vaşinqton nə edə bilər?


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» Bu həftə ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Milli Demokratiya İnstitutunun xətti ilə Azərbaycana səfərini başa vurarkən demokratiya və inkişafın təkamül yolu ilə gedəcəyinə ümid bəslədiyini bildirib:



“Mən buranı çox güclü ümid və gözləntiylə tərk edirəm. Və inanıram ki, burda demokratiyaya dinc yolla təkamül olacaq”.



Bundan qabaq hakimiyyətə yaxın bir sıra siyasətçilər müxalifətdə olan “Azadlıq” blokunun seçkilərə yox, inqilaba hazırlaşdığını deyirdilər. Və onların Qərbdə himayə axtardıqlarını bildirirdilər.



Birləşmiş Ştatlar seçkilərin demokratikliyinə nə dərəcədə dəstək verir? Nəticələr saxtalaşdırılarsa, Vaşinqton nə edə bilər? Ağ Ev nəyə üstünlük verir: sabitlik, yoxsa demokratiyaya?



Verilişimizin qonaqları:



- “Turan” informasiya agentliyinin siyasi məsələlər üzrə eksperti Zəfər Quliyev;



- Demokratik Seçki Mərkəzinin sədri Rauf Zeyni;



- Və siyasət fəalı, ekspert İlqar Məmmədov.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG