Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:42

MTN cinayətin açıldığını deyir, jurnalistin həyat yoldaşı isə buna inanmır


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» İyulun 14-də milli təhlükəsizlik naziri Eldar Mahmudov Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev və «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyevlə görüşərək «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin istintaqı ilə bağlı mövcud durumu müzakirə edib.



MTN-in iyunun 15-də yaydığı məlumatda bildirilir ki, Eldar Mahmudov Mətbuat Şurası üzvlərinə indiyə qədər 450–dən çox adamın dindirilməsi, 130-a yaxın baxış-axtarış aparılması, 17 ekspertizanın təyin olunması və digər istintaq–əməliyyat tədbirləri barədə məlumat verib.



Cənab Mahmudov MTN–in istintaq qrupunun ABŞ Federal Təhqiqatlar Bürosu ilə sıx əməkdaşlığı nəticəsində mövcud olan dəlillərin dərinləşdiyini, İnterpolun xətti ilə 182 ölkədə axtarış aparıldığını görüş iştirakçılarının diqqətinə çatdırıb. Məlumatda o da bildirilir ki, təkzibolunmaz dəlillər istintaqın gəldiyi qənaətin doğruluğunu, faktiki olaraq cinayətin açıq olduğunu təsdiqləyir. Görüşdə Eldar Mahmudov zərurət olduğu hallarda istintaqın gedişi ilə bağlı cəmiyyətə əlavə məlumatların veriləcəyini də bildirib.



Elmar Hüseynovun həyat yoldaşı Rüşanə Hüseynova isə deyir ki, istintaqın uğurla aparılması barədə yayılan bu cür məlumatlarla hüquq-mühafizə orqanları sadəcə ictimaiyyəti və onun özünü sakitləşdirirlər. Əslində isə, istintaqın gedişi hiss olunmur:



“Əgər istintaq lazımınca aparılsaydı, onda Mətbuat Şurası üzvləri ilə görüşməsi üçün milli təhlükəsizlik nazirinə yalvarmağa ehtiyac olmazdı. Mətbuat Şurası bu görüşün baş tutmasını iki həftədir ki, gözləyir. Əslində isə, mənə elə gəlir ki, onlarda dəqiq informasiya olsa belə, onu açıqlamaq istəməzlər. Mən əminəm ki, Elmarın qətli və bu işdə əli olanlar haqda bütün məlumatlar yalnız hakimiyyət dəyişdikdən sonra açıqlanacaq”.



Rüşanə Hüseynova haqqında axtarış elan edilənlər tutulduqdan sonra qətlin sifarişçisinin məlum olacağı barədə deyilənlərə də inanmır. O deyir ki, həmin adamlar ölkədə deyillər. Dünyanın harasında olduqları və ümumiyyətlə, hazırda yaşadıqları da məlum deyil. Belə olan halda baş prokurorun cinayətin açılması ilə bağlı bəyanat verməsi də absurddur.



Bakı şəhər İcra Hakimiyyəti isə Elmar Hüseynov Fondunun iyulun 17-də yürüş–mitinq keçirməklə bağlı müraciətinə müsbət cavab verib. Ancaq şəhər rəhbərliyi aksiyanın başqa marşrut üzrə - metronun “20 Yanvar” stansiyasından başlayıb keçmiş «Qələbə» meydanında yekunlaşmasını təklif edir. Fondun təsisçiləri isə aksiyanı Milli Elmlər Akademiyasının binası qarşısından başlayaraq 3-cü Fəxri Xiyabanda bitirməyi planlaşdırırdılar,



İyulun 15-də bir sıra KİV rəhbəri və fondun təsisçiləri toplaşaraq alternativ variant kimi bir neçə təklifi müzakirə etdilər. Sonda aksiyanın keçmiş «Qələbə» meydanında başlayıb 3-cü Fəxri Xiyabanda yekunlaşması qərara alındı.



Elmar Hüseynov Fondunun təsisçilərindən olan Şahbaz Xuduoğlu deyir ki, yürüş–mitinqin hansı marşrut üzrə keçirilməsindən asılı olmayaraq insanların aksiyada iştirak edəcəyinə əmin olduqları üçün bu qərarı veriblər.



Şahbaz Xuduoğlu əlavə edir ki, qəbul edilən qərar barədə BŞİH-yə məlumat verməyə ehtiyac yoxdur. Çünki, qərarın özü kifayət qədər kompromisə gedildiyini göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG