Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:59

ATƏT-in Bakı Ofisinin əməkdaşları Lənkərandadırlar


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» ATƏT-in Bakı Ofisinin əməkdaşları İnqrid QossinqerÜlvi Axundlu Lənkərandadırlar. Onlar qeyri-hökumət təşkilatları və partiya üzvləri ilə görüşərək bölgədəki seçki öncəsi vəziyyətlə tanış olurlar.



Müsavat partiyası Lənkəran təşkilatının sədri Yadigar Sadıqoğlu deyir ki, ATƏT nümayəndələri Lənkəranda vətəndaşların sərbəst toplaşma azadlığının təmin edilməsi, mühitin demokratik seçki üçün nə dərəcədə əlverişli olması kimi məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.



ATƏT-in Bakı Ofisinin əməkdaşları indiyədək Naxçıvan Muxtar Respublikası və Gəncədə belə görüşlər keçiriblər. Növbəti səfər gələn həftə Xaçmazda olacaq.



Ülvi Axundlu deyir ki, ATƏT-in müşahidə missiyası sentyabrda fəaliyyətə başlayanadək daha çox bölgədə olub, bilgi toplamağa çalışacaqlar.



Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli deyir ki, son zamanlar beynəlxalq təşkilatların bölgələrə səfərlərinin artması ölkənin ümumi ovqatını öyrənmək və yalnız paytaxtın deyil, bütünlükdə Azərbaycandakı vəziyyətin incəliklərini analiz etmək istəyindən irəli gəlir. Ekspertə görə, indiki halda beynəlxalq təşkilatlar real vəziyyəti öyrənməklə seçki zamanı görəcəkləri işləri planlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG