Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:32
Rubrikalar

“Şahdəniz”dən ilk qaz 2006-cı il sentyabrın 30-da ötürüləcək


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» - Naxçıvan Muxtar Respublikasının pensiyaçıları da təqaüdlərini bankomatlardan alacaqlar. “AzərTAc” agentliyinin Dövlət Sosial Müdafiə Fonduna istinadən yaydığı məlumata görə, artıq ilk 150 plastik kart paylanıb. Avqust ayı ərzində isə daha 10 min kartın paylanacağı gözlənilir. Bundan əlavə, Naxçıvanın bütün rayonlarında Beynəlxalq Bankın bankomatlarının da yerləşdirilməsi nəzərdə tutulub.



- “Şahdəniz” yatağından təbii qazın ixrac tarixi müəyyənləşdirilib. “Şahdəniz” layihəsinin prezidenti Mayk Skitmorun sözlərinə görə, Bakı-Tbilisi-Ərzurum kəməri ilə mavi yanacağın ilk hissəsi 2006-cı il sentyabrın 30-da göndəriləcək. Kəmərin ötürücü qüvvəsi 20 milyard kubmetr olsa da, ilk dövrdə cəmi 8.6 milyard ixrac olunacaq. 1.5 milyard kubmetr Azərbaycana, 800 milyon Gürcüstana, 6 milyarddan çox isə Türkiyəyə veriləcək.



- İndi də valyuta məzənnələri haqqında. Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4701 manat, 1 rubl 163 manat, 1 avro isə 5687 manatdır.
XS
SM
MD
LG