Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:58
Rubrikalar

Qadın futbolçular UEFA Kubokuna hazırlaşırlar


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» Azərbaycanın futbol üzrə qadınlardan ibarət «Gömrükçü» komandası UEFA Kuboku yarışlarında çıxış edəcək. Komandanın direktoru Xəzər İsayevin verdiyi məlumata görə, «Gömrükçü» UEFA-nın reytinq cədvəlində 7 ən güclü komandadan biri kimi yarışlara birbaşa ikinci mərhələdən başlayacaq.



Sentyabrın 13-ə planlaşdırılan mərhələ oyunlarının Bakıda baş tutması üçün Xəzər İsayev AFFA rəhbərliyinə müraciət edib. «Gömrükçü» heyətinə legionerləri də dəvət etməyi planlaşdırır.



«Gömrükçü» 2003-2004-cü illərdə UEFA Kuboku yarışlarının 1/4 final mərhələsinə çıxıb, qitənin ən 8 güclü klubu sırasına daxil olub.



- Sentyabrın ikinci ongünlüyündə Bakıda MDB və Baltikyanı ölkə idmançılarının spartakiadasına hazırlıq işləri başlanıb. Gənclər, İdman və Turizm Nazirliyindən verilən məlumata görə, xüsusilə təhlükəsizlik məsələlərinə daha çox diqqət ayrılır.



MDB ölkələri idmançılarının spartakiadasında 3000-dən artıq idmançının iştirakı gözlənilir.



- İyulun 15-də velosiped trek yarışı üzrə Azərbaycan çempionatının startı verilib. Yarışda 30-a yaxın idmançı çıxış edir. Çempionatın qalibləri iyulun 22-24-də İtaliyada keçiriləcək Avropa çempionatında çıxış edəcəklər.



- İyulun 16-da Sankt-Peterburqda hərbçi cüdoçular arasında 31-ci dünya çempionatının startı veriləcək. Çempionatda Azərbaycan 12 idmançı ilə təmsil olunacaq.
XS
SM
MD
LG