Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:55

Dini təriqət üzvləri ilə atışmada MTN əməkdaşının xəsarət aldığı bildirilir


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» İyulun 12-də gecə Abşeron rayonunun Novxanı qəsəbəsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) xüsusi təyinatlı əməliyyat qrupu yeddi nəfərdən ibarət silahlı dəstəni saxlayıb.



Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayevin sözlərinə görə, radikal vəhabi təmayüllü dəstə əməliyyatçılara müqavimət göstərib. Nəticədə MTN-in bir nəfər əməkdaşı xəsarət alıb.



Cənab Babayev yaxın günlərdə bu barədə əlavə məlumat veriləcəyini bildirir.



O, yerli mətbuat orqanlarında əməliyyat zamanı dəstə üzvlərindən üçünün öldürülməsi barədə yazılanları təkzib edib.
XS
SM
MD
LG