Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:39
Rubrikalar

Parlament seçkisi öncəsi medianın rolu


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» Qonaqlar:



- Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı;



- “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev



(Qarşı tərəfin media mənsublarını verilişə dəvət etsək də, təəssüf ki, onların gəlişi mümkün olmadı)



Prezident Aparatının hazırladığı hakimiyyətlə media arasında anlaşma memorandumuna ehtiyac varmı? Hakimiyyətin də, medianın da vəzifələrini, məsuliyyətini müəyyənləşdirən bir sıra qanunların olduğu halda bu memorandum nəyə lazımdır?



Rəşid Hacılı: Ölkədəki vəziyyət normal demokratik ölkədəki kimi standart sayıla bilməz. Burada hökumət söz azadlığına çox dərindən müdaxilə edir. Hökumətin çoxsaylı televiziya kanalı, digər televiziya kanallarına isə təsir etmək imkanı var. Hökumətin özünün qəzetləri var. O, həm də müstəqil qəzetlər vasitəsilə ictimai rəyə təsir edə bilir. Hökumət media bazarında əsas oyunçulardan biridir. Normal demokratik cəmiyyətdə hökumətin mediaya müdaxilə etmək imkanı olmamalıdır. Mənim fikrimcə, hökumət bir oyunçu olduğuna görə seçkilər zamanı onunla bütünlükdə media arasında müəyyən məsələlərdə razılaşmaların əldə edilməsi lazım idi.



Aydın Quliyev: Azərbaycan mediasının istər öz daxilində, istərsə də hakimiyyət orqanları ilə münasibətdə çox ciddi və həllinə ehtiyac olan problemlərinin olması bir faktdır. Belə şəraitdə müxtəlif tərəflərin bir araya gəlməsi və hansısa bir sənədi imzalaması formal da olsa, xoş məramın nəticəsidir. Bu baxımdan bu kodeksin imzalanmasını müsbət hal kimi dəyərləndiirsəm də, bunun mənfi tərəfləri də var. Azərbaycanda vəziyyət o həddə gəlib çatıb ki, mətbuatla hakimiyyət orqanlarının münasibətlərini tənzimləyən konstitusiya və qanunlardan qat-qat kəsərsiz gücə malik olan hasısa bir kodeks imzalamağa ehtiyac var. Bu nöqteyi-nəzərdən, bu kodeksin imzalanmasını Azərbaycanda mətbuatla bağlı durumun həqiqətən də acınacaqlı olduğunu sübut edən bir göstərici kimi qiymətləndirirəm.



Daha ətraflı audio hissədə
XS
SM
MD
LG