Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:35
Rubrikalar

“Bakı” uddu, “Xəzər-Lənkəran” uduzdu


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» - İyunun 14-də UEFA Kuboku uğrunda oyunların startı verilib. Ölkə Kubokunun sahibi “Bakı” öz meydanında Slovakiyanın “Jilina” komandasını qəbul edib. Oyun 1:0 hesabıyla bakılıların qələbəsiylə başa çatıb.



Ölkə çempionatının gümüş mükafatçısı “Xəzər-Lənkəran” isə səfərdə Moldovanın “Nistru” komandasıyla qarşılaşıb və 3:1 hesabıyla məğlub olub.



Cavab qarşılaşmaları iyulun 28-də keçiriləcək.



- İyulun 15-də Tehranda qılıncoynatmanın şpaqa növü üzrə Dünya kuboku yarışlarının növbəti mərhələsi start götürəcək. Yığma komandanın baş məşqçisi Yaşar Məmmədovun verdiyi məlumata görə, Azərbaycanı yarışda iki şpaqaçı təmsil edəcək:



«Tehran turnirində Quliyev Afizlə Nihad Qurbanov iştirak edir. Çox əhəmiyyətli turnirdir. Əsas qüvvə sabliyaya yönəlib. Gələn ayın 14-dən 19-dək Türkiyədə ümumdünya universiadasında iştirak edəcəyik. Azərbaycanı Rəhim Əmirov, Ramin Əmirov və Ruslan Əzizov təmsil edəcək».



- Albaniyanın paytaxtı Tiranada yunan-Roma güləşi üzrə yeniyetmələrin Avropa birinciliyi davam edir. Azərbaycan güləşçiləri Hacıxan Mürsəliyev (54 kq) və Aydın Səfərov (85 kq) turnirin bürünc medallarını qazanıblar.



İyulun 14-də Tiranada sərbəst güləş üzrə Avropa birinciliyi də başlayıb. Bu turnirdə Azərbaycan 6 idmançı ilə təmsil olunur.



- İyulun 16-da Sankt-Peterburqda hərbçi cüdoçular arasında 31-ci dünya çempionatının startı veriləcək. Azərbaycanı turnirdə 9 kişi – Elçin Əhədov (60 kq), Yusif Alməmmədov (66 kq), Müseyib Cəfərov (73 kq), Elxan Məmmədov, Zaur Paşayev (81 kq), Qədir və Emin Qədirov qardaşları (90 kq), Vüqar Ağababayev (100 kq), Azər Mirzəyev (100 kq) və 3 qadın -Pərvanə Ağacanova (48 kq), Sima Hüseynova (52 kq) və Vəsilə Alməmmədova (57kq) təmsil edəcəklər. Turnir bir həftə davam edəcək.
XS
SM
MD
LG