Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:20

Hüquq müdafiə təşkilatları seçkinin monitorinqini aparacaq


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» Beş hüquq müdafiə təşkilatının daxil olduğu İnsan Hüquqları Təşkilatları Federasiyası (İHTF) iyulun 20-dən seçki kampaniyasının monitorinqinə başlayacaq.



Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus deyir ki, federasiya əsasən namizədlərin qeydə alınması, seçki prosesində korrupsiya halları, polisin aksiyalarda iştirakı və s. məsələlərlə bağlı müşahidələr aparacaq: «Monitorinq yalnız seçkiyə qədərki dövrü əhatə etməyəcək. Seçki günü bəzi rayonlarda müşahidə apramağı da planlaşdırırıq».



Monitorinqin yekununda iki hesabat hazırlanacaq. Hesabatın biri oktyabrda, digərisə seçkidən sonra - dekabrda açıqlanacaq.



İHTF son prezident seçkisində üç hesabat hazırlamışdı. «Human Rights Watch» və Beynəlxalq Amnistiya Təşkilatı həmin hesabatlardan istifadə etmişdi.
XS
SM
MD
LG