Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:55

İsa Qəmbər Qarabağ danışıqlarında irəliləyiş olmadığını düşünür


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» Dağlıq Qarabağ (DQ) münaqişəsi müxalifət üçün ən önəmli məsələdir. Bu fikri Müsavat Partiyasının başqanı İsa Qəmbər iyulun 14-də keçirdiyi mətbuat konfransında dedi.



Onun sözlərinə görə, münaqişənin həli ilə bağlı danışıqların gedişində irəliləyiş yoxdur: «Sadəcə, hər iki tərəf bu məsələdən imitasiya edir».



Cənab Qəmbər deyir ki, bu baxımdan ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın «DQ münaqişəsindən demokratik islahatları ləngitmək üçün istifadə edilir» deməsi təsadüfi deyil.



Müsavat Partiyasının başqanı bildirir ki, xanım Olbraytın parlament seçkiləri ilə bağlı mövqeyi onları tamamilə qane edir. «Çünki bu mövqedə seçkilərin azad və ədalətli keçirilməsinin zəruriliyi öz əksini tapıb» - deyə, o , söyləyir.



İsa Qəmbər qətl və insan oğurluğu ilə bağlı son vaxtlar bir-birinin ardınca yüksək rütbəli zabitlərin cinayət məsuliyyətinə cəlb edilməsinə də münasibət bildirdi. O, hesab edir ki, baş verən kriminal hadisələrə görə təkcə konkret şəxslər yox, bütünlükdə mövcud sistem məsuliyyət daşıyır: «Ona görə də şərait dəyişdirilməli, polis qanunla üzərinə düşən vəzifələri yerinə yetirməlidir».
XS
SM
MD
LG