Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:12
Rubrikalar

Bakıdan Şimali Kiprə təyyarə reysi açılacaq


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» - “Barmek-Azərbaycan” Xaçmaz və Dəvəçi rayonlarında kiçik su elektrik stansiyaları tikəcək. Şirkətin mətbuat xidmətindən aldığımız məlumata görə, “Barmek” əvvəllər də başqa ölkələrdə belə stansiyalar tikib və indi bu təcrübədən Azərbaycanda da istifadə edəcək. Bu məqsədlə 20 milyon dolların sərf olunacağı bildirilir.



- Gürcüstan ən azı bu ilin sonunadək Azərbaycan benzinindən imtina etməyəcək. Gürcüstanın “Messenger” qəzetinin yazdığına görə, Gürcüstan benzinə tətbiq olunacaq standartlara 2006-cı il yanvarın 1-dən keçəcək. Azərbaycan tərəfi isə gələn ildən qonşu ölkəyə daha keyfiyyətli benzin göndərməyi öhdəsinə götürüb. Gürcüstanın idxal etdiyi benzinin 60 faizi Azərbaycanın payına düşür.



- İqtisadi inkişaf naziri Fərhad Əliyev 2 aydan sonra Sumqayıt yaxınlığında sənaye zonasının yaradılacağını bildirib. O, türkiyəli iş adamlarını burada işləməyə dəvət edib. “Turan” agentliyinin məlumatına görə, türk iş adamları isə Azərbaycan hökumətini bürokratik əngəlləri aradan qaldırmağa çağırıblar. Onların digər tələbi isə bölgələrdə onlar üçün şərait yaradılmasıdır.



- Azərbaycanın “İmair” şirkəti iyulun 31-dən Şimali Kiprə birbaşa təyyarə reysləri açır. Uçuşlar həftədə bir dəfə “Binə” hava limanından həyata keçiriləcək. Keçən ay Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda olarkən prezident İlham Əliyev Şimali Kiprlə iqtisadi əlaqələrin yaradılacağını bildirmişdi. Azərbaycanlı iş adamlarının da iyulun 28-də Şimali Kiprə səfəri gözlənilir.



- Prezident milli qəhrəman adı alan şəxslər üçün prezident təqaüdünün təsis olunması haqqında fərman verib. Fərmana görə, milli qəhrəmanlara ayda 3 milyon manatlıq təqaüd veriləcək, vəfat etdikdən sonra isə qəhrəmanın ailəsinə ödəniləcək. Fərman avqustun 1-dən qüvvəyə minəcək.



- İndi də valyuta məzənnələrinə diqqət yetirək. Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4701 manat, 1 rubl 164 manat, 1 avro isə 5674 manatdır.
XS
SM
MD
LG