Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:22

MDİ seçicilərin barmaqlarına mürəkkəb vurulması təklifini müdafiə edir


Səs: Real audio
Patrik Merlo: «Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun» Milli Demokratiya İnstitutunun (MDİ) Seçki Proqramları üzrə direktoru Patrik Merlo Azərbaycanda seçkiqabağı bir sıra problemlərin olduğunu deyir: «Problemli məsələlərdən biri seçki komissiyalarının tərkibilə bağlıdır». Onun sözlərinə görə, seçki komissiyalarının bütün səviyyələrdə paritet əsaslarla təşkili çoxlarının arzusudur. «Venesiya Komissiyası və ATƏT bu məsələ ilə bağlı öz təkliflərini bildirmişdi. Onlar hər seçki komissiyasında bir nəfər müxalifət nümayəndəsinin artırılmasını təklif etmişdilər. Bu da hazırkı vəziyyətdə ən yaxşı həll variantı kimi görünür» -deyə, cənab Merlo bildirir.



Patrik Merlo: «Başqa bir problemli məsələ seçkilərin müşahidə edilməsilə bağlıdır. Maliyyəsinin üçdə birini xaricdən alan qeyri-hökumət təşkilatları seçkini müşahidə etməyə buraxılmırlar. Bu, həqiqətən çox nadir bir qanundur. Mən dünyanın ikinci elə bir ölkəsini tanımıram ki, orada öz vətəndaşlarını seçkiləri müşahidə etməkdən kənarda qoyan belə bir qanun olsun. Biz hesab edirik ki, bu və yerli müşahidəçiliyin aparılmasına mane olan digər qanunlar aradan qaldırılmalıdır».



O, seçicilərin barmaqlarına mürəkkəb vurulması təklifini müdafiə etdiklərini bildirir və seçki vaxtı fövqəladə addımların atılmasının zəruriliyini vruğulayır. «Azərbaycan kimi demokratiya tam qurulmayan ölkələrdə xüsusi fövqəladə addımların atılmasına gərək olur. Ümid edirik ki, atılan addımlar problemləri aradan qaldıracaq» - deyə, o, fikrini yekunlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG