Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:14

Madlen Olbrayt: «Azərbaycanda demokratiyanın dinc yolla təkamülünə inanıram»<p align=`left`><br><br>


Səs: Real audio
Hacı Məmmədov istintaqa verdiyi ifadədə onun cinayətkar dəstəyə başçılıq etdiyini bildirib «İnanıram və gözləyirəm ki, hökumət azad və ədalətli seçkilərin keçirilməsinə nail olacaq, Azərbaycanda demokratiyanın dinc yolla təkamülü baş verəcək».



Bunu ABŞ-ın keçmiş dövlət katibi, Milli Demokratiya İnstitutunun (MDİ) İdarə Heyətinin sədri Madlen Olbrayt iyulun 14-də Bakıya səfərin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirdi.



Onun sözlərinə görə, demokratik seçkinin keçirilməsi üçün prezident İlham Əliyevin mayın 11–də imzaladğı sərəncam baza rolunu oynayır.



Xanım Olbrayt cənab Əliyevlə görüşündə 2003-cü ilin prezident seçkisi zamanı baş verənləri müzakirə etdiyini, prezidentin dinc seçkilərin keçirilməsində maraqlı olduğunu bildirdi: «Seçki komissiyalarının tərkibi məsələsini həm prezidentlə, həm Ramiz Mehdiyevlə, həm də görüşdüyüm digər şəxslərlə müzakirə etmişəm. Seçki komissiyaları istənilən demokratik seçkinin tərkib hissəsidir».
XS
SM
MD
LG