Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:04

Skripkaçı Fərid Feyzullayev: “Çəkilən əziyyət itmir”


Səs: Real audio
Hacı Məmmədov istintaqa verdiyi ifadədə onun cinayətkar dəstəyə başçılıq etdiyini bildirib “14-24”ün bugünkü qonağı 19 yaşlı skripkaçı Fərid Feyzullayevdir. Hazırda Bakı Musiqi Akademiyasının skripka fakültəsində təhsil alan Fəridin kiçik yaşlarında bu sahəyə marağı olmayıb.



- Uşaqlıqda skripkaya marağım yox idi. Valideynlərim məni gimnaziyaya qoydular. Orada mən istənilən musiqi sahəsini seçməli idim. Skripkanı seçdim, amma buna heç həvəsim yox idi. Saatlarla başımın üstündə dayanırdılar ki, mən məşğul olum. Mən isə pəncərədən bayıra baxıb yaşıdlarımın orada oynadıqlarını görəndə elə bilirdim ki, uşaqlığımı itirirəm. Bir ildən sonra mən konsert verdim və bunun bəhrəsini gördüm. Başa düşdüm ki, çəkdiyim əziyyət itmir. İndi isə mən Bakı Musiqi Akademiyasında oxuyuram.



Gənc skripkaçı bir neçə müsabiqənin qalibi olub və bir neçə dəfə laureat adına da layiq görülüb.



- 1993-cü ildə ikinci sinifdə oxuyarkən Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının zalında Rauf Abduləliyevin rəhbərliyi altında solist kimi çıxış etmişəm. 1998-ci ildə Qara Qarayev adına II Bakı Müsabiqəsinin laureatı və qalibi olmuşam. Hər il “Qönçə” Bakı Uşaq Musiqi Festivalında çıxış etmişəm və fəxri fərmanla təltif olunmuşam.



Fərid 2000-ci ildə Mədəniyyət Nazirliyinin Moskvada təşkil etdiyi “Master Klass” festivalında da çıxış edib. Və festivalda fərqləndiyinə görə Moskvada qalıb təhsilini davam etdirmək təklifini alıb.



- 2000-2001-ci illər ərzində Moskvada Çaykovski adına Moskva Dövlət Konservatoriyasının tərkibində olan orta ixtisas musiqi məktəbində təhsil almışam. Amma sonra maliyyə problemlərinə görə təhsilimi yarımçıq qoyub Bakıya qayıtmışam. Burada təhsilimi yenidən gimnaziyada davam etdirmişəm.



Gənc skripkaçının ən böyük arzusu isə adını məşhur musiqiçilərin sırasında görməkdir.



- Gələcəkdə dünyadakı məşhur musiqiçilərin sırasında olmaq və ölkəmi dünyada təmsil etmək, adını ucaltmaq istəyirəm.
XS
SM
MD
LG