Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:40

Rayon qəzetlərinə maddi yardım göstərilməsi nəzərdə tutulur


Səs: Real audio
Dağlıq Qarabağın erməni icması azərbaycanlıların qayıtmasına etirazını bildirir Regional mətbuatın inkişafı üçün Mətbuat Şurası (MŞ) konsepsiya hazırlayır. Bu barədə MŞ-nın sədri Əflatun Amaşov mətbuatın 130 illiyi ilə əlaqədar Gəncədə keçirilən konfransda bildirdi. Onun sözlərinə görə, regionlardakı media vasitələrinin 85 faizi yerli icra hakimiyyətlərinin inhisarındadı: «Qəzetlərə subsidiyaların verilməsi planı üzərində işlənilir və yaxın günlərdə müvafiq qurumlara müraciət olunacaq»



Cənab Amaşovun fikrincə, hələlik regional qəzetlərə hökumətin qayğısına ehtiyac var. «Bir müddətdən sonra isə bu qəzetlər maliyyə məsələlərini həll etməklə daha da müstəqil olmağa can atmalıdırlar» - deyə, o, vurğulayır.



Konfransda çıxış edən yerli qəzet redaktorları isə maddi çətinlikdən danışdılar. Bildirdilər ki, qəzetləri yalnız kiçik abunə hesabına yaşayır.



Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin əməkdaşı Fuad Axundov isə dedi ki, rayon rəhbərliyi bu qəzetlərə menecmentlik edir: «Oxucusunu qəzet özu qazanmalıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG