Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:07

Həmsədrlər Xankəndinə gediblər


Səs: Real audio
Dağlıq Qarabağın erməni icması azərbaycanlıların qayıtmasına etirazını bildirir ATƏT-in Minsk Qrupu (MQ) həmsədrləri iyulun 13-də Dağlıq Qarabağa (DQ) gediblər. Amerikalı Stiven Mən, fransalı Bernar Fasye və rusiyalı Yuriy Merzlyakov Yerevana, ordan da dərhal Xankəndinə yola düşüblər. Həmsədrlərin özünü müstəqil elan edən DQ-nın prezidenti Arkadi Qukasyanla görüşü nəzərdə tutulub. Görüşdən sonra onlar Yerevana qayıdıb danışıqları davam etdirəcəklər.



Politoloq Vəfa Quluzadə həmsədrlərin bu səfərinin də əhəmiyyətsiz olduğunu deyir. O, DQ-da referendum keçirilməsi ilə bağlı söylənənlərə etirazını bildirir.



Azərbaycanın Xarici İşlər Nazirliyi də DQ-da referendum keçirilməsi barədə məlumatı təkzib edib. Nazirliyin Mətbuat, İnformasiya Siyasəti Departamentinin rəisi Tahir Tağızadə «Turan» İnformasiya Agentliyinə deyib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır: «DQ-nın statusu ilə bağlı referendum məsələsi isə azərbaycanlılar Qarabağa qayıdandan sonra müzakirə oluna bilər».



DQ-nın erməni icması isə azərbaycanlıların Qarabağa qayıtmasına etirazını bildirib. Müxalifət liderlərindən Aram Sarkisyan «Azadlıq» radiosunun Yerevan Bürosuna bildirib ki, azərbaycanlıların Qarabağa qayıtması demoqrafik vəziyyətə təsir edəcək: «Çünki 1988-ci ildən bəri doğulan uşaqlar qaçqınların sayını artırıb».



Azərbaycanlıların torpaqlarına qayıtması məsələsi həmsədrlərin bu dəfəki görüşlərində əsas müzakirə mövzularından idi.



DQ-da 10-15 ilə regionun statusu ilə bağlı referendum keçirilməsi məsələsinə separatçı rejimin liderləri də etirazlarını bildiriblər.



Həmsədrlər isə iyulun 12-də Bakıda keçirdikləri mətbuat konfransında referendumla bağlı deyilənləri şərh etməyiblər. Bildiriblər ki, tərəflər danışıqların detallarını açıqlamamaq barədə razılaşıblar.



Həmsədrlərin regiona səfəri iyulun 16-na qədər davam edəcək. Avqustun 26-da isə Azərbaycan və Ermənistan prezidentlərinin Kazanda görüşü gözlənilir. Həmin vaxta qədər iki ölkə Xarici İşlər nazirlərinin də bir neçə görüşü olmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG