Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:00
Rubrikalar

Naxçıvandan Türkiyəyə meyvə-tərəvəz rüsumsuz aparılacaq


Səs: Real audio
«YeS» rəsmən elan olundu - Xam neftin qiyməti yenidən artıb. “Frans Press” agentliyinin məlumatına görə, 1 barrel “qara qızıl” indi 61 dollara yaxındır. Qiymət artımı əsasən Meksika Körfəzi sahillərinə yeni tropik qasırğanın yaxınlaşdığı haqda məlumatlarla bağlıdır.



- Gürcüstan-Azərbaycan İqtisadi Komissiyasının növbəti görüşü iyulun 18-də Gəncədə olacaq. “Novosti-Qruziya” agentliyinin məlumatına görə, əsas müzakirə olunacaq məsələlər nəqliyyat və ticarət sahələri ilə bağlı olacaq. Daha sonra, iyulun 19-da Bakıda Gürüstanın baş naziri Zurab Noqaidelinin iştirakı ilə iqtisadi forum keçiriləcək. Forum çərçivəsində baş nazir president İlham Əliyevlə görüşəcək və Gürcüstanda istehsal olunan məhsulların sərgisində iştirak edəcək. Azərbaycan Gürcüstanın üç ən iri iqtisadi tərəfdaşından biridir.



- Ukrayna İrandan 150 milyard kubmetr qaz alacaq. “İRNA” agentliyinin məlumatına görə, bu haqda razılıq İranın yeni seçilmiş prezidenti ilə Ukraynanın Təhlükəsizlik Şurasının katibi arasında əldə olunub. Ukraynaya mavi yanacağın Cənubi Qafqaz ərazisi ilə daşınacağı bildirilir.



- “Barmek-Azərbaycan” Bakıdakı elektroavtomat zavodunu icarəyə götürdü. “AzərTAc” agentliyinin məlumatına görə, iki il ərzində zavoda 10 milyon dollar sərmayə qoyulacaq və zavod özəlləşdiriləcək. Gələcəkdə 1000 nəfərə yaxın adamın işləcəyi zavodda elektrik sayğacları və digər avadanlıqlar istehsal olunacaq.



- “AzərTAc” agentliyinin digər məlumatına görə, Türkiyə hökuməti Naxçıvandan gətirilən meyvə və tərəvəzə görə gömrük rüsumunu ləğv edib. Qərara əsasən, Azərbaycan vətəndaşları bu ilin oktyabrın 30-dək Türkiyəyə rüsumsuz 300 kiloqram tərəvəz, noyabrın 30-dək isə 30 kiloqram qoz, qoz ləpəsi, mürəbbəsi və üzüm apara bilər.



- “Cahan Holdinq” şirkəti Naxçıvan şəhərində tütün fabriki inşa edir. Şirkətdən verilən məlumata görə, tikinti 1 il yarıma başa çatacaq. 700-ə yaxın adamın işləyəcəyi zavodda yerli tütündən siqaretlər istehsal olunacaq.



- İqtisadi inkişaf naziri Fərhad Əliyev “İnterfax-Azərbaycan” agentliyinə bildirib ki, gələn il Azərbaycanın dövlət büdcəsi 3 milyard dollara çatacaq. Nazirin sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatının 2006-cı ildəki inkişaf planı hazırlanır.



- İndi də valyuta məzənnələrinə nəzər salaq. Milli Bankdan aldığımız məlumata görə, ABŞ dolları 4700 manatdan da ucuz satılmağa başlayıb. İndi 1 dolların qiyməti 4699 manatdır. Belə məzənnə sonuncu dəfə 4 il əvvəl –2001-ci ilin oktyabrında olub. 1 rubl 164 manat, avro isə 5740 manatdır.
XS
SM
MD
LG