Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:03

Leyla Yunus: «Oktyabr məhbuslarının hamısının məhkumluğu götürülməlidir»


Səs: Real audio
«YeS» rəsmən elan olundu 2003-cü il prezident seçkiləri zamanı həbs olunmuş şəxslərin hamısının üzərindən məhkumluq götürülməlidir. Proses parlament seçkisinədək başa çatdırılmalıdır.



Bu fikri Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus iyulun 13-də keçirdiyi mətbuat konfransında səsləndirib. O, deyib ki, 2003-cü il prezident seçkilərindən sonra 93 nəfər şərti, 42 nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib. Bu ilin əvvəlində onların dövlət başçısı tərəfindən əfv olunduğunu deyən xanım Yunus hələlik yalnız beş nəfərin üzərindən məhkumluğun götürüldüyünü söyləyib.



Onun sözlərinə görə, məhkəmələr həmin şəxslərin məhkumluğunun ləğvi ilə bağlı müraciətləri qəbul etmir: «Bu da məhkmələrin siyasi sifarişlə işlədiyini göstərir».



Sülh və Demokratiya İnstitutunun rəhbəri hesab edir ki, müxalifət lideri kimi təqdim olunan yeddi nəfərlə bərabər digər məhbusların da hüququ bərpa olunmalıdır.



Keçmiş Daxili İşlər naziri, hazırda Milli Demokrat Partiyasının sədri olan İsgəndər Həmidov isə Səbayel rayon Məhkəməsinin üzərindəki məhkumluğu saxlamasına dair qərarından appelyasiya şikayəti verib.
XS
SM
MD
LG