Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:13
Rubrikalar

«Neftçi» «Hafnarfordur»la cavab qarşılaşmasına hazırlaşır


Səs: Real audio
ABŞ-ın keçmiş dövlət katibi «Demokratik hökumət sabit olur və ölkənin böyük sərvətləri xalqla bölüşdürülür» - deyir - UEFA Çempionlar Liqasının ilk oyununda İslandiyanın «Hafnarfordur» komandasına 2:0 hesabıyla qalib gələn «Neftçi» cavab oyununa hazırlaşır. Həmin qarşılaşma iyulun 20-də İslandiya paytaxtında keçiriləcək.



«Neftçi»nin baş məşqçisi Ağasəlim Mircavadov yetirmələrinin oyununu yaxşı qiymətləndirir və cavab oyununda da qələbə qazanacaqlarına inanır.



“Neftçi”-“Hafnarfordur” cütlüyünün qalibi Çempionlar Liqasının ikinci mərhələsində Belçikanın «Anderlext» klubu ilə qarşılaşacaq.



- İyulun 14-də isə UEFA Kuboku uğrunda yarışların startı verilir. Birincilikdə Azərbaycanı ölkə kubokunun sahibi «Bakı» və çempionatın gümüş mükafatçısı «Xəzər-Lənkəran» komandaları təmsil edəcək. «Bakı» Slovakiyanın «Zilina» komandasını qəbul edəcək, «Xəzər-Lənkəran» isə Moldovada «Nistru» komandası ilə qarşılaşacaq.



- İyulun 14-də Albaniyanın paytaxtı Tirana şəhərində sərbəst güləş üzrə Avropa birinciliyi keçiriləcək. Azərbaycanı 6 güləşçi – Ağahüseyn Mustafayev (42 kq), Cəbrayıl Həsənov (46 kq), Elçin Həsənov (50 kq), Etimad Qurbanov (54 kq), Araz Haşımov (58 kq) və Elçin Babayev (63 kq) təmsil edəcək. Turnir 4 gün davam edəcək.



- İyulun 15-dən 24-dək Praqada stolüstü tennis üzrə yeniyetmələrin 48-ci Avropa çempionatı keçiriləcək. Turnirdə Azərbaycanı iki yaş qrupunda 11 tennisçi təmsil edəcək.
XS
SM
MD
LG