Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:43

ABŞ-ın keçmiş dövlət katibi Bakıda görüşləri davam etdirir


Səs: Real audio
ABŞ-ın keçmiş dövlət katibi «Demokratik hökumət sabit olur və ölkənin böyük sərvətləri xalqla bölüşdürülür» - deyir ABŞ-ın keçmiş dövlət katibi, Milli Demokratiya İnstitutu İdarə Heyətinin sədri Madlen Olbrayt iyulun 13-də «Yeni Siyasət» («YeS») seçki blokunun həmtəsisçiləri - Etibar Məmmədov, Eldar Namazov və Əli Məsimovla görüşüb. «Hyatt Regency» hotelində baş tutan görüşdə parlament seçkiləri ərəfəsindəki vəziyyət, seçki qanunvericiliyinin demokratikləşdirilməsi və s. məsələlər müzakirə olunub.



Xanım Olbraytın eyni məkanda növbəti görüşü hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri ilə olub.



ABŞ-ın keçmiş dövlət katibi iyulun 13-də həmçinin Xarici İşlər naziri Elmar Məmmədyarovla da görüşüb. Günün sonunda o, prezident İlham Əliyevlə də bir araya gəlib.



İyulun 11-də Bakıya gələn Madlen Olbrayt «Azadlıq» seçki blokunun liderləri, mətbuat nümayəndələri, qadın təşkilatlarının təmsilçiləri və qeri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşüb. Xanım Olbraytın Azərbaycana səfəri iyulun 14-də yekunlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG