Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:58

Madlen Olbraytın “Azadlıq” radiosuna eksklüziv müsahibəsi


Səs: Real audio
ABŞ-ın keçmiş dövlət katibi «Demokratik hökumət sabit olur və ölkənin böyük sərvətləri xalqla bölüşdürülür» - deyir Sual: Xanım Olbrayt, son vaxtlar Birləşmiş Ştatlar bir çox keçmiş Sovet respublikalarında, o cümlədən Gürcüstan, Ukrayna, habelə Belarus və Moldovada demokratiyanın müdafiəsi üçün qəti mövqe tutub. Bu il Azərbaycan parlament seçkiləri keçirir. Gözləmək olarmı ki, Birləşmiş Ştatlar bu seçkilərin azad və ədalətli olması üçün Azərbaycan hökumətinə təzyiq edəcək?



Cavab: Mən Birləşmiş Ştatlar hökuməti adından danışmıram. Ancaq mənim burada keçirdiyim görüşlər onun göstəricisidir ki, Birləşmiş Ştatlar, QHT-lər, Milli Demokratiya İnstitutu parlament seçkilərinin demokratik keçirilməsində çox maraqlıdır. Bu, Azərbaycan hökumətinin öz xalqına fikrini ifadə etmək üçün verəcəyi ən mühüm şeydir. Mən tam əminəm ki, demokratik hökumət sabit olur və bu zaman ölkənin böyük ehtiyatları xalqla bölüşdürülür.



Sual: 2003-cü il prezident seçkilərindən sonra ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini ATƏT-in və Venesiya Komissiyasının Seçki Məcəlləsini dəyişdirmək barədə təkliflərini qəbul etməyə çağırdı. Azərbaycanın hökumət rəsmiləri isə bunu rədd etdi. Əgər noyabrda keçiriləcək parlament seçkiləri azad və ədalətli olmasa, Azərbaycan xalqı Amerika hökumətindən nə gözləyə bilər?



Cavab: Mən yenə deyirəm ki, Amerika hökuməti adından danışmıram. Məncə, beynəlxalq ictimaiyyətin seçkidə nə baş verdiyini anlaması çox mühümdür. Çünki, hamımız elə bir sistemə məxsusuq, bu sistemdə insanlar öz fikirini deyə bilməlidir. Buna görə də beynəlxalq müşahidəçilər gəlir, ATƏT, Avropa Birliyi, digər təşkilatlar gəlib nə baş verdiyi barədə fikrini söyləyir. Biz, insanların öz səslərini verə bilməsi üçün bir-birimiz qarşısında məsuliyyət daşıyırıq.



Sual: Azərbaycanda və başqa ölkələrdə belə fikirlər səslənir ki, strateji və neft maraqları uzun illər Vaşinqtonla Azərbaycan hökuməti arasında münasibətlərdə əsas amil olub. Sizcə, Birləşmiş Ştatların Azərbaycanda da Gürcüstanda olduğu kimi sərt mövqe ortaya qoymamasına səbəb həmin maraqlardır?



Cavab: Məncə, coğrafi mövqeyinə görə, Azərbaycan mühüm ölkədir. Əhəmiyyətinə görə bu ölkəylə yaxşı əlaqələr yaradılmalıdır. Mənim şəxsi fikrim belədir ki, ən sabit ölkə demokratik ölkədir. İnsanların öz fikrini bildirmək hüququ olmayanda, məcburi sabitlik yaradılır, bu zaman böyük neft sərvəti də varlılar və kasıblar, şəhər və kənd əhalisi arasında bərabər bölüşdürülmür. Prezident Buş demokratiyanın əhəmiyyəti haqqında çox danışıb, demokratiya onun əqidəsidir, prezident bu barədə andiçmə mərasimində, bir sıra digər çıxışlarında danışıb. Mən prezidenti dəstəkləyirəm, çünki, demokratiya asanlıqla tapılmayıb. Amerika dünyanın ən qədim demokratiyasıdır, biz 55 dəfə Amerika prezidenti seçmişik. Biz inanırıq ki, demokratik seçkilər sabit hökumət yaratmağın ən yaxşı yoludur.



Sual: 1994-cü ildə Siz dediniz ki, Dağlıq Qarabağ münaqişəsi dünya üçün bir sınaqdır və bu problemin uğurlu həlli dünyada oxşar münaqişələrin həlli üçün nümunə olar. Sizcə, Birləşmiş Ştatlar da daxil olmaqla, dünya birliyi bu sınağı vermək üçün kifayət qədər iş görürmü?



Cavab: Bu münaqişə çox çəkdi. Mən bu fikri deyəndə, BMT-də idim və biz Dağlıq Qarabağ münaqişəsini müzakirə edirdik. ATƏT-in Minsk Qrupu da işləyirdi. Mən başa düşürəm ki, müzakirələr gedir, bu məsələ həll olunmalıdır, çünki, hər iki tərəf bu problemdən çox mühüm demokratik islahatları ləngitmək üçün istifadə edir. Mən inanıram ki, məsələnin həlli var, Birləşmiş Ştatlar danışıqlarda iştirak edir. Mən daha bu prosesdə olmasam da, məncə, xalqın rifahı naminə b

Günün bütün mövzuları

XS
SM
MD
LG