Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:59

Madlen Olbrayt: «Münaqişədən demokratik islahatları ləngitmək üçün istifadə olunur»<p align=`left`><br><br>


Səs: Real audio
ABŞ-ın keçmiş dövlət katibi «Demokratik hökumət sabit olur və ölkənin böyük sərvətləri xalqla bölüşdürülür» - deyir Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsindən demokratik islahatları ləngitmək üçün istifadə edir. ABŞ-ın keçmiş dövlət katibi, Milli Demokratiya İnstitutunun (MDİ) İdarə Heyətinin sədri Madlen Olbrayt «Azadlıq» radiosuna müsahibəsində belə dedi: «Mən başa düşürəm ki, bu məsələ həll olunmalıdır. Çünki hər iki tərəf bu problemdən çox mühüm demokratik islahatları ləngitmək üçün istifadə edir».



Xanım Olbraytın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür. «ABŞ sülh danışıqlarında iştirak edir. Məncə, xalqların rifahı naminə bu münaqişə həll olunmalıdır» - deyə, o, vurğulayır.



Parlament seçkilərinin azad və ədalətli keçməsi üçün ABŞ-ın Azərbaycan hökumətinə təzyiq edib-etməyəcəyinə dair sualın cavabında M.Olbryat dedi ki, ABŞ, MDİ, qeyri-hökumət təşkilatları parlament seçkilərinin demokratik keçirilməsində maraqlıdır: «Demokratik hökumət sabit olur və ölkənin böyük sərvətləri xalqla bölüşdürülür».



ABŞ-ın keçmiş dövlət katibi müxalifət liderləri ilə keçirdiyi görüşlər barədə də məlumat verdi. Onun dediyinə görə, bu görüşlərdə seçki komissiyalarının müstəqil olması, siyasi iştirtakda daha çox müxtəliflik arzusu ifadə olunub. Xanım Olbrayt prezident İlham Əliyevlə bir araya gələrkən ölkə başçısının da fikrini öyrənəcəyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG