Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:44

Günəş şüalarını istənilən rəngə çevirən maddə əldə olunub


Səs: Real audio
Onların arasında Sabir Rüstəmxanlı və Afaq Məsudun da adı var Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun alimləri yeni yarımkeçirici maddələr əldə ediblər. Bu maddələr sənayədə və kənd təsərrüfatında məhsuldarlığı bir neçə dəfə artırmaq imkanına malikdir. Bu barədə ətraflı məlumatı Fizika İnstitutu laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Oqtay Tağıyevdən eşidək.



- Bizim laboratoriya tərkibində nadir torpaq elementləri olan yeni lüminissent maddələrin alınması və onların fiziki xassələrinin tədqiqi ilə məşğul olur. Bu maddələrin əsas mahiyyəti ondan ibarətdir ki, onlar vasitəsilə spektrın bütün oblastlarında şüalanma almaq mümkündür. Praktik baxımdan bu yarımkeçirici maddələrdən lüminissent lampalarının, kompüter displeyinin, televiziya texnikasının istehsalında istifadə etmək olar. Son zamanlar daha yeni maddələr almışıq ki, bu maddələr bizə infraqırmızı şüaları görünən şüalara çevirməyə imkan verir. Telekommunikasiyada, hərbi texnikada bu maddələrdən istifadə etmək mümkündür.



- Kənd təsərrüfatında bu maddələrin nə kimi üstünlüyü var?



- Biz laboratoriya şəraitində polimer maddələrə aldığımız lüminissent maddələri daxil etmişik. Bunlar kənd təsərrüfatında daha çox istifadə oluna bilər. Yəni, hansı bitki hansı şüaya daha çox ehtiyac duyursa, biz onu həmin şüa ilə təmin edirik. Hansı şüanı əldə etmək istəyiriksə, ona uyğun maddəni polimerə əlavə edirik. Biz günəş şüalarını istənilən rəngə çevirə bilirik.



- Bu maddələrin iqtisadi səmərəsi barədə nə deyə bilərsiz?



- Bu maddələr Azərbaycanda istehsal olunmurdu. Onlar Rusiyadan alınırdı. İqtisadi cəhətdən səmərəliliyi barədə konkret bir söz deyə bilmərəm. Bu maddələrin iqtisadi səmərəliliyi hələ hesablanmalıdır. Hələ elə bir şərait yaranmayıb ki, biz onları sataq və nə qədər səmərəmizin olduğunu müəyyənləşdirək.



- Hazırda həmin maddələri kütləvi tətbiq etmək mümkündür?



- Biz o mərhələdə dayanmışıq. Müəyyən istehsalçı və ya şirkət bununla maraqlansa, biz onu geniş tətbiq edə bilərik.
XS
SM
MD
LG