Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:08

«Elmar Hüseynovun qətlində maraqlı bir tərəf varsa, o da Azərbaycan müxalifətidir»


Səs: Real audio
Onların arasında Sabir Rüstəmxanlı və Afaq Məsudun da adı var «Yeni Azərbaycan» qəzetindəki «Qarabağ münaqişəsi bu ilin sonuna kimi həll oluna bilərmi?» başlıqlı məqalədə Fəxri Kərimli yazır ki, bir vaxtlar tərəflərin Ki-Vest danışıqlarında da vəziyyət eynilə bu cür idi. Nə qədər optimizm nümayiş etdirilsə də, problem ermənilər üçün prinsipial xarakter daşıyan Dağlıq Qarabağın statusu həll olunmayana qədər öz çözümünə qovuşmayacaq. Məqalədə bildirilir ki, Azərbaycan geosiyasi maraqların toqquşduğu bölgə olduğundan, belə regionlarda baş verən münaqişələrin həlli millətlərdən asılı olmur.



«Azadlıq» qəzetindəki «Madlen Olbraytdan «Azadlıq»a xüsusi diqqət» başlıqlı məqalədə Xəyal yazır ki, blok üzvlərinin ABŞ-ın keçmiş dövlət katibi ilə görüşdə müzakirə olunan məsələlər haqqında geniş məlumat verməmələri və «lazım bildiyimiz fikirləri bir-birimizlə bölüşdük» demələri ictimai rəydə birmənalı qarşılanmayıb. Müəllif yazır ki, xanım Olbrayt ABŞ-ın yüksək dairələrində böyük nüfuza malikdir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ardınca onun paytaxta buyurması göstərir ki, Qərb Azərbaycada demokratik seçki keçirmək qərarında israrlıdır. Məqalədə bildirilir ki, Madlen Olbraytın rəsmi görüşlərdən əvvəl müxalifətçilər, QHT-lər və qadın təşkilatlarının nümayəndələri ilə bir araya gəlməsi rəsmi Vaşinqtonun ölkədəki vəziyyəti hərtərəfli öyrənməyə maraqlı olduğunu göstərir.



«Üç nöqtə» qəzetindəki «Elmar Hüseynovun qətlə yetirilməsində Azərbaycan müxalifəti maraqlıdır» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, bu fikirləri Prezident Aparatının İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov söyləyib. O, deyib ki, başda jurnalistin qətli olmaqla müxalifətin bir sıra məsələlərdən öz məqsədləri üçün istifadə etməsi hakimiyyət dairələrində dəhşət yaradır. Cənab Həsənov bildirib ki, «Monitor»un baş redaktoru ona görə öldürüldü ki, bundan hakimiyyətə qarşı kompromat kimi istifadə olunsun: «Deməli, Elmar Hüseynovun qətlində maraqlı bir tərəf varsa, o da Azərbaycan müxalifətidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG