Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50
Rubrikalar

Azərbaycan iş adamları Şimali Kiprə səfər edəcəklər


Səs: Real audio
Onun «Azadlıq» seçki blokunun liderləri ilə görüşü nəzərdə tutulur - Bölgələrdəki İnternet şirkətləri – provayderlər fiber-optik kabel xəttindən pulsuz istifadə edə biləcəklər. Bu, bölgələrdə daha ucuz qiymətə yüksəksürətli İnternet xidmətinin yaradılmasına imkan verəcək. “AzərTAc” agentliyinin məlumatına görə, Bakı-Gürcüstan, Bakı-İran, Bakı-Rusiya və Naxçıvan-İran xətlərini “Aztelekom” İstehsalat Birliyi pulsuz təqdim edəcək. Hazırda Bakı-Gürcüstan fiber-optik xəttinin Bərdə seqmenti çəkilir.



- Maştağa qəsəbəsində yeni ATS-in açılışında olan prezident İlham Əliyev gələn ildən qazla təminatın dəfələrlə yaxşılaşacağını deyib.



- İyulun 22-də Bakıda 25 milyon dollara başa gələn yeni mehmanxananın açılışı olacaq. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, “Ata Holdinq” şirkətinin tikdiyi otelin açılışında prezident İlham Əliyev iştirak edəcək.



- İyulun 28-də Azərbaycanın iş adamları Şimali Kiprə gedəcəklər. Səfərdə Türkiyə və Azərbaycandan 150 biznesmenin iştirakı nəzərdə tutulub. “Turan” agentliyinin məlumatına görə, missiyanın tərkibində bank, turizm, aqrar və qida sənayesi sahələrinin iş adamları olacaq. Üçgünlük səfər zamanı Şimali Kiprin Ticarət Palatası ilə saziş bağlanacaq.



- Azərbaycan Həştərxanda mavi yanacağın dərin təmizlənməsi zavodunun tikintisinə maraq göstərir. Rusiyanın “Novosti” agentliyinin məlumatına görə, bunu Həştərxan vilayətinin qubernatoru prezident Vladimir Putinlə görüşündə deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda tikintisi başlanılacaq zavodun işə düşməsində Qazaxıstan və Azərbaycan da maraqlıdırlar.



- İndi də valyuta məzənnələri haqqında. Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4701 manat, 1 rubl 163 manat, 1 avro isə 5713 manatdır.
XS
SM
MD
LG